Cahangir Əsgərov yarım milyon dollar ziyana düşdü
11:13 27-09-2014
CƏMİYYƏT
Cahangir Əsgərov yarım milyon dollar ziyana düşdü
"Dopinq qalmaqalı" ilə bağlı yeni gəlişmələr var
Məlum olduğu kimi bu ilin aprelində "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun rəhbərlik və himayə etdiyi Azərbaycan Ağır Atletika Federasiyası ilə bağlı şok qalmaqal yaşanıb. Belə ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yayıb.
Həmin vaxt sözügedən məlumatda bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı da rəsmi saytında məlumat yerləşdirib. Belə ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.
Hətta Azərbaycanın Ağır Atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.
Bu məlumatın yayılmasından sonra Cahangir Əsgərov baş verənlərdən qəzəblənmiş və sərt addımlar atmışdı. O, Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru və eyni zamanda yaxın qohumu olan İsgəndər Əsgərovu vəzifəsindən kənarlaşdırmışdı.
Dünənsə "dopinq qalmaqalı" ilə bağlı yeni gəlişmə yaşanıb. Məlum olub ki, Azərbaycan millisi Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsini ödəyib. Bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
O bildirib ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb: "Onlarla bağlı müzakirələr aparılır. Beynəlxalq federasiya indiyə qədər nazirliyin suallarına cavab verməyib. Məsələn, "Nə üçün idmançının dopinq-testdən keçə bilməməsi 1 ildən sonra açıqlanır?""
Rəhimovun sözlərinə görə, ağır atletika millimiz noyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatına da qatılacaq.
Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) 500 min dollar cərimə kəsmişdi və nazirin açıqlamasından məlum olur ki, artıq Cahangir Əsgərov kifayət qədər yüksək məbləğdə - yarım milyon dollar məbləğində cəriməni artıq ödəyib.
Nəzərə alsaq ki, ağır atletika üzrə millimiz məhz AZAL prezidentinin maddi imkanları ilə maliyyələşir, o zaman həmin yarım milyon dolların da Əsgərovun cibindən çıxdığı aydın olur.
Eyni zamanda maraqlıdır ki, Ağır Atletika Federasiya bu cəriməni ödədiyi halda niyə indiyədək açıqlama vermir, əvəzində jurnalistlər bundan gənclər və idman naziri ilə söhbət əsnasında xəbər tuturlar? İstisna deyil ki, sözügedən qalmaqal barədə Əsgərovun Federasiyasında danışmağı ümumiyyətlə sevmirlər. O səbəbdən bu mövzuda tamamilə susmaq qərarı verilib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00