Arıqlamaq üçün ölümə getmək
14:40 05-05-2012
CƏMİYYƏT
Arıqlamaq üçün ölümə getmək
Və ya Azərbaycana gətirilən
arıqlamaq üçün vasitələr insanların
həyatına son qoya bilər
Son günlər istər sosial şəbəkələrdə, istərsə də digər yerlərdə Türkiyədən gətirilmiş arıqlamaq üçün vasitələrin reklamı aparılır. Həmin məhsulların təqdimatında vurğulanır ki, sözügedən vasitələr qısa müddət ərzində insan orqanizminə mənfi təsir göstərmədən arıqlamağa şərait yaradır. Hətta bununla əlaqədar olaraq onlarla misallar da çəkirlər.
Qeyd edək ki, hansısa şirkət tərəfindən Azərbaycana gətirilmiş bu arıqlama vasitələrinin insan həyatı üçün ciddi təhlükələri olduğuna dair məlumatlar var. Həmin məlumatlarda deyilir ki, bu məhsulların tərkibindəki bəzi fermentlər və qatışıqlar əslində, insan üçün ciddi təhlükə mənbəyidir. Süni və sintetik vasitələrin qarışığından hazırlanan bu məhsulların ən ciddi zərəri asılılıq yaratmaqdan ibarətdir. Bəzi mütəxəssislər deyirlər ki, qeyd olunan malların tərkibindəki qatışıqlar insan orqanizminə daxil olduqdan sonra asılılıq yaratmağa başlayır. Belə ki, bu maddələr orqanizm tərəfindən asanlıqla sovrulduqdan sonra bəzi beyin mərkəzlərini zədələməyə başlayır. Ardından da narkotik və ya nikotin asılılığına bənzər vəziyyətlər yaradır.
İkinci böyük təhlükə mənbəyi isə bağırsaqlara mənfi təsiri ilə bağlıdır. Ekspertlər deyirlər ki, arıqlamaq üçün nəzərdə tutulan vasitələrin tərkibindəki maddələr ən çox bağırsaqlara təsir göstərir. Belə ki, həmin təsirlər nəticəsində bağırsaqların quruması halları baş verir və disfunksiya yaranır. Yəni, sonradan qidalanan zaman bağırsaqlar qidanı lazımi səviyyədə özünə çəkə bilmir və artıqlar çoxalır. Bu da daxili zəhərlənmələr üçün zəmin yaradaraq, bağırsaqların qurumasına imkan verir.
Ekspertlərin qənaəti həmçinin belədir ki, bu cür vasitələrin bağırsaqlara vurduğu ikinci ən böyük zərbə orada qurdların yaranmasına imkan verməsidir. Onların iddialarına görə, həmin arıqlamaq üçün vasitələrin tərkibindəki bəzi maddələr bağırsaqda qurdların yaranmasına şərait yaradır və onların çoxalmasına yol açır. Bağırsaqda yaranan və çoxalan qurdlar isə bağırsaq divarlarını deşərək qana keçə biləcək qədər təhlükəyə malikdirlər.
Onlar vurğulayırlar ki, elə arıqlamağın əsas səbəblərindən biri də məhz bağırsaq divarlarının zədələnməsi ilə bağlıdır ki, bunun da dəhşətli fəsadları sonradan üzə çıxır. Ekspertlər vurğulayırlar ki, bağırsaqlara düşən qurdlar onun divarını zədələdikdən sonra bədən zəifləməyə başlayır və arıqlayır. Ondan istifadə edən şəxs də elə zənn edir ki, həmin pereparatların hesabına çəki itirir. Daha sonra isə məlum olur ki, həmin qurdları orqanizmdən təmizləmək özü böyük bir prosesdir və ciddi xərclər tələb edir.
Həkim-mütəxəssislər tövsiyyə edirlər ki, vətəndaşlar bu cür arıqlamaq vasitələrindən az istifadə etsinlər. Onlar bunun üçün təbii vasitələrdən yararlanmağı daha məqbul hesab edirlər. Həkimlər deyirlər ki, bu gün dünyanın aparıcı mütəxəssisləri tərəfindən hazırlanmış dieta qaydalarından istifadə etmək daha faydalıdır. Çünki bu resseptlər insan orqanizminin normal qaydada fəaliyyət göstərməsini təmin etməklə yanaşı, həm də onun sağlam qalmasına imkan verir.
Qeyd edək ki, bu cür vasitələrin Azərbaycana gətirilməsinə və burada satışının təşkilinə Səhiyyə Nazirliyi cavabdehlik daşıyır. Belə ki, nazirliyin müvafiq idarəsi həmin məhsulun satışı, onun keyfiyyətli olması və insan üçün təhlükəli olmadığına dair setrifikat verir. Amma görünən budur ki, bəzi işbazlar bu prosedurlardan keçərkən fərqli vasitələrdən istifadə edirlər. O da mümkündür ki, Səhiyyə Nazirliyi də bu məsələyə qismən göz yumur. Əks təqdirdə, qeyd olunan halların yaşanmasına yol açan məhsullar bazara ayaq aça bilməzdi.
Namiq
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06