Moskva-Ankara qarşıdurması üçün Qərbin təhlükəli planı işə düşdü

Xəbər verildiyi kimi, Krımın Sevastopol şəhərində yerləşən türk şəhidləri xiyabanına hücum olub.
Krım Azərbaycanlıları Dərnəyinin başçısı Rəhim Hümbətovun məlumatına görə, təcavüzkarlar 1853-1856-cı illər Krım müharibəsində şəhid olan türk əsgərlərinin xatirəsinə Sevastopolda qoyulmuş simvolik məzarların üzərindəki ay-ulduzları parçalayıblar. Hümbətov eyni zamanda yolun kənarındakı hərəkət istiqamətini təyin edən plakatın götürüldüyünü də qeyd edib.
Ukrayna mətbuatının məlumatına görə, dərnək başçısı qərarın Sevastoplol şəhər meriyası tərəfindən verildiyini ehtimal edir. R.Hümbətov hadisənin beynəlxalq qalmaqala çevriləcəyini bildirir.
Ekspertlər isə bu kimi hadisələrin arxasında kifayət qədər geosiyasi məqamların olduğunu bildirir. Bu hadisənin baş verməməsindən öncə türkiyəli ekspert Hasan Oktay vestikavkaza.ru saytına açıqlamasında bildirmişdi ki, Qərb Ukrayna böhranında Krımdan "axilles dabanı" kimi istifadə etməyə çalışa bilər. Onun fikrincə, yarımadada müxtəlif provokasiya təşkil etməklə Türkiyənin Rusiya ilə münaqişəyə cəlb olunmasına cəhd edilə bilər. Türkiyəli ekspertin açıqlamasından bir neçə gün sonra isə Sevastopol şəhərində yerləşən türk şəhidləri xiyabanında məlum hadisə baş verdi. Və antirus media hadisəni Türkiyənin tarixinə qarşı Rusiyanın təcavüzü kimi təqdim etməyə çalışdılar.
R.Hümbətov narahatlığını ifadə edib ki, sözügedən hadisə Türkiyə və Rusiya arasında beynəlxalq qalmaqalı provokasiya edə bilər. Krım Azərbaycanlıları Dərnəyinin başçısı bu ilin sonunda Türkiyə -Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V sammitinin keçirilməsi planlaşdırıldığına diqqət çəkir.
H.Oktay bildirir ki, Rusiya çox sakit şəkildə Krımı öz tərkibinə birləşdirdi və muxtariyyətin hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirdi. "Bu, yəqin ki, Rusiya Federasiyasında yaşayan bütün türkdilli xalqlar üçün pozitiv hadisə oldu. Çünki heç kimə sirr deyil ki, Ukraynanın tərkibində olan Krım tatarları bir çox hüquqlardan məhrum edilmişdi", - deyə ekspert bildirib.
Türkiyəli ekspertin sözlərinə görə, Qərb bu regiona Türkiyə və bütün dünyanın diqqətini cəlb etmək məqsədi ilə provokasiyaları artıra bilər: "Krım tatarları provokasiyalar seriyası üçün çox rahat "material" olulbar. Rusiya özü bu tələyə düşməməlidir. Rusiyanı Ukraynada sındırmağı bacarmayıblar. Qərb "türk kartı"ndan istifadə edərək Rusiyaya zərbə vurmağa qərar verdi. Bu hiyləgər oyunu Rusiya və Türkiyə birlikdə keçməlidir".
Ömər Dağlı