Mütəllim Rəhimlidən Xədicə İsmayıla təpki
15:21 25-10-2014
CƏMİYYƏT
Mütəllim Rəhimlidən Xədicə İsmayıla təpki
Ədalət funksioneri: "Xədicə İsmayıl Azərbaycan qanunvericiliyi ilə cəzalandırılmalıdır"
"Xədicə İsmayılın anti-milli fəaliyyəti, xarici təşkilatların diqtəsi və xüsusi tapşırığı ilə ictimai dialoqu pozması cəhdlərinə yanaşmam ondan ibarətdir ki, Azərbaycanın hər bir vətəndaşı tutduğu vəzifədən, daşıdığı ictimai fəaliyyətin xarakterindən asılı olmayaraq, həmişə milli maraqlara xidmət etməlidir".
Bunu Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib. Partiya funksionerinin sözlərinə görə, həmin insan çalışmalıdır ki, öz fəaliyyət dairəsində heç vaxt milli maraqlardan kənarda hansısa nüanslara yol verməsin: "Bu həm onun özünə xeyir gətirər, həm də bütövlükdə dövlətimizə və cəmiyyətimizə fayda vermiş olar. Həmçinin insan daxilən rahat olmalıdır ki, o, öz millətinə və dövlətinə xəyanət etmir. Xədicə İsmayıl kimi insanların vətəninə, millətinə qarşı xəyanətləri ortadadırsa, təbii ki, o Azərbaycan qanunvericiliyi ilə mütləq cəzalandırılmalıdır. Bu mənada hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşı dövlətin müstəqilliyinin qorunması uğrunda çalışmalı, onun müqəddəsliyinə inanmalı və heç bir səhv addım atmamalıdır".
Digər Xəbərlər
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59