Şahlar Əsgərov: "Azərbaycanda kadrların ixtisaslaşmaması problemi var"
12:13 28-10-2014
CƏMİYYƏT
Şahlar Əsgərov: "Azərbaycanda kadrların ixtisaslaşmaması problemi var"
İnsanların həyatı boyu uğur qazana bilməməyinin bir çox səbəbləri ola bilər. Bu səbəblərdən biri gənclərin müxtəlif ixtisas üzrə təhsil almaları, lakin ixtisaslarına uyğun olmayan sahələrdə işləmələridir. İşlədiyi sahə üzrə ixtisaslaşmamış şəxsdən sağlam qərar və idarəçilik gözləmək olarmı?
"Avropa ölkələrində "Yaşlıların təhsili" adlı təhsil sahəsi mövcuddur. İxtisasından fərqli peşədə çalışmağı seçən insanlar mütləq həmin sahədə çalışan özlərindən yaşlı insanların təcürbəsindən yararlanmaq üçün müxtəlif kurslar keçirlər".
Bunu təhsil eksperti Şahlar Əsəgərov deyib: "Məsələn, biri jurnalistika fakültəsində oxuya bilər, amma bankda işləmək istəyər. Həmin şəxs mütləq bank üzrə kurslara getdikdən, kolleclərdə təhsil aldıqdan sonra işə qəbul olunmalıdır. Azərbaycanda isə bu təhsil forması formalaşmayıb".
Onun sözlərinə görə, bu məsələ ilə bağlı ciddi müzakirələr gedib. 2000-2005-ci illərdə Əmək və Sosial Müdafiə Nazirliyi də dəstəkləyəndən sonra parlamentdə müzakirəyə çıxarılıb: "İndi bunu dəstəkləyən yoxdur, heç kim iş görmək istəmir. Ancaq həlli vacib olan çox vacib məsələdir. Bütün qərarlar bilik səviyyəsindən aslıdır. İxtisaslaşmamış şəxsin iş prosesində verdiyi qərarlar qəbul edilə bilməz".
Digər Xəbərlər
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11