Milli Şura Müsavata qarmaq atır
10:06 29-10-2014
CƏMİYYƏT
Milli Şura Müsavata qarmaq atır
Cəmil Həsənli ilə Əli Kərimli Arif Hacılıdan narazı olanları öz tərəflərinə çəkməyə çalışırlar
Müsavat Partiyası daxilindəki gərginlik Milli Şura rəhbərliyinə qisas üçün yeni imkanlar yaradıb. Belə ki, son günlər Müsavat daxilindəki narazılıqdan istifadə edən Əli Kərimli sözügedən partiyanı yavaş-yavaş parçalamağa başlayıb.
Artıq bununla bağlı ilkin zəmin də hazırlanıb. Yəni, Əli Kərimli öz adamlarına belə bir təbliğat apartdırır ki, guya müsavatçıların özü Milli Şuraya gəlməyə başlayıblar. "Milli Şuranın növbəti sessiyasında yeni üzvlərlə bağlı müzakirə aparılacaq". Bunu açıqlamasında Milli Şura üzvü, tanınmış vəkil Namizəd Səfərov deyib. O, bildirib ki, Milli Şuraya üzvlük üçün ərizə ilə müraciət edənlər var. "Milli Şuraya üzvlüklə bağlı ərizə ilə müraciət edənlərin arasında Müsavat partiyasından istefa verənlər varmı" sualına N.Səfərovun cavabı belə olub: "Müsavat partiyasından kimlərinsə fərdi qaydada Milli Şuraya qayıtmasında qeyri-adi bir şey görmürəm. Bir sıra üzvlər Müsavatın Milli Şuradan getməsi ilə barışmırlar. Və Müsavatdakı narazılıqların bir qismi məhz buradan qaynaqlanır".
Ancaq elə həmin gün Müsavat Partiyasından reaksiya verilib. "Müsavat partiyasında olan narazılıqların Milli Şura ilə heç bir bağlılığı yoxdur". Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini, Məclis üzvü Səxavət Soltanlı deyib. Onun sözlərinə görə, Milli Şuranın son mitinqində baş verənlərdən sonra bu quruma münasibət daha pis istiqamətə doğru dəyişib: "Bu kimi fikirlər əsassız və məqsədli şəkildə işlədilir. Müsavat partiyasında olan müzakirələr demokratik mühitin yaratdığı imkanlardır. Bu müzakirələr sonda Müsavatın əvvəlkindən də daha güclü olması ilə nəticələnəcək. Dostlar narahat olmasın, dost olmayanlar da sevinməsinlər". Milli Şura üzvü Namizəd Səfərov isə bildirib ki, bir sıra üzvlər Müsavat partiyasının Milli Şuradan getməsi ilə barışmır. O vurğulayıb ki, Müsavatdakı narazılıqların bir qismi məhz buradan qaynaqlanır.
"Unikal"ın əldə etdiyi məlumata görə, Milli Şura sədri Cəmil Həsənli AXCP sədri Əli Kərimli ilə birləşərək Müsavatı tamamilə dağıtmaq planı qurublar. Artıq bununla bağlı ilkin addımlar da atıblar. Namizəd Səfərovun açıqlaması da bunun göstərir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Əli Kərimlinin təşəbbüsü ilə Cəmil Həsənli də bu prosesə dəstək verir: "Bildiyiniz kimi, Müsavatda qurultaydan sonra daxili gərginlik var. Arif Hacılının tutduğu mövqe isə xeyli adamı narazı salıb. Yəni, hazırda partiya daxilində potensial narızılar var. Bu fürsətdən də Əli Kərimli məharətlə yararlanır. Bu prosesdə Cəmil Həsənlinin də iştirakı narazı müsavatçıların Milli Şuraya istiqamətlənməsinə zəmin yaradır. Hər halda, Müsavat rəhbərliyi bu kimi iddiaları qəbul etməsə də, real vəziyyət bundan ibarətdir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24