Azərbaycanda işçinin ən böyük problem
Pensiya almaq da olmayacaq...
Azərbaycanda işəgötürənlə işçi arasında həmişə əmək müqaviləsi problemi olub. Qanunvericilikdə görə, işçisi ilə əmək müqaviləsi imzalamayanlara yüksək miqdarda cərimələr də nəzərdə tutulub.
Təkcə ötən oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə ümumilikdə 1954 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Nazirlikdən bildiriblər ki, aşkar edilən hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi (150 min 398 manat) dövlət büdcəsinə ödənilib.
Bu göstərici ötən ilin oktyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 19,5 dəfə çoxdur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsində məqsəd işçi vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının, habelə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına münasibətdə işəgötürənlərin məsuliyyətinin artırılmasıdır.
Problemin niyə hələ də tam həll edilməməsini araşdırmağa çalışdıq.
"Bizdə bu, artıq
kütləvi haldır"
Faktdır ki, bu gün Azərbaycanda özəl müəssisələrin bəziləri işçilərlə əmək müqaviləsi imzalamaqda maraqlı deyil. Rəhbərlikdən əmək müqaviləsi tələb etdikdə isə vətəndaş iş yerini itirməsi riskini də gözə almalıdır.
Bu səbədəndir ki, adam "çörək puluna" görə, əmək hüquqularının pozulmasını gözardına alır. Hətta bəzi iş yerlərində işçiyə söz verilir ki, bir müddət sonra onunla əmək müqaviləsi imzalanacaq, lakin bu, elə söz olaraq qalır.
Belə olan halda işə götürülən hansı addım atmalı, hara müraciət etməlidir?
Yuxarıda sadaladığımız problemlər və suallara aydınlıq gətirmək üçün Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədova müraciət etdik.
S.Məmmədov bildirdi ki, bu hal bizdə kütləviləşdiyindən onun həlli problem olaraq qalacaq: "Bizdə bu, artıq kütləvi haldır. İşəgötürənlər gərək bu qanunsuz hərəkətə getməsinlər. İşçi bu məsələlərdə çox həssasdır. İşə götürəndə onunla əmək müqaviləsi imzalamasalar, o, buna etiraz edə bilər. Amma bundan sonra onu işə götürməyəcəklər. İşə götürməyəndə onun formal olaraq məhkəməyə müraciət etmək hüququ var. Amma məhkəmədə indiyəcən heç kəs sübut edə bilməyib ki, onu işə götürürdülər, amma əmək müqaviləsi tələb etdiyinə görə götürmədilər. İşəgötürən belə şey olmayıb, sadəcə onun ixtisası, peşəsi uyğun gəlmədi deyərək min dənə bəhanə gətirəcək. Bunula bağlı hüquqi prosedur var, aidiyyəti quruma şikayət edə bilər, məhkəməyə müraciət edə bilər, amma bu, o deməkdir ki, o, artıq orada işləməyəcək. Sonda belə bir mənzərə yarandığından, heç kəs şikayət eləmir. İnsanları nə qədər maarifləndir, izah elə mümkün deyil. Tək-tək belə hallar ola bilər".
S.Məmmədov qeyd etdi ki, işəgötürənlərin ciddi məsuliyyəti var. Hüquq şəxslərə bu qanun pozuntusuna görə 25 min manat cərimə tətbiq olunur: "Əmək müqavilələrinin indi onlayn qeydiyyat sistemi var, ümümiyyətlə, əmək müqaviləsi elektron hökümət portalından qeydiyyatdan keçməyibsə, o əmək müqaviləsi sayılmır".
Ekspert əlavə etdi ki, bütün bunlara baxmayaraq vəziyyət dəyişmir: "Dəyişmir niyə? Çünki iri şirkətlər ki var - həm bizim milli şirkətlərə aiddir, həm xarici şirkətlərə bu problemi yaradırlar. Məsələn, türk şirkətləri daha çox bu işdə öndə dururlar. Hətta əcnəbiləri indi bizdə iş icazəsi olmadan, əmək müqaviləsi olmadan gətirib burada işlədirlər. İşçilərin bu böyük şirkətlərə təsir imkanları azdır".
"Hamı bilir ki,
ölkədəki hansı
işə götürənlər
əmək müqaviləsi
imzalamır"
Ekspert problemin nə ilə bağlı olduğuna da eyham vurdu: "Problem buradadır ki, hamı bilir ki, ölkədəki hansı işə götürənlər, əsasən, əmək müqaviləsi imzalamır. Düzdür, kiçik-orta sahibkarlar da var. Onlar da gizlədir, bunları da tapmaq mümkün olmur. Bəzən əmək müqaviləsinin əvəzinə müqavilə bağlayırlar çox hallarda. Bu özü də bir qanunsuzluqdur".
S.Məmmədov əlavə etdi ki, işçi bütün bunlarla bağlı hüququnu tələb edə bilər: "O deyə bilər ki, mənimlə əmək müqaviləsi bağlamırsınızsa, işləmirəm. O da deyəcək ki, işləmirsən, yaxşı yol sənə. Gedib şikayət edə bilər dövlət əmək müfəttişliyinə, sonra gedib məhkəməyə iddia qaldıra bilər, bütün hüquqlar var. Qanunda hər şey var.
Götürək lap jurnalist, savadı da var, hüquqlarını da bilir, amma jurnalistlərin 90 faizi əmək müqaviləsiz işləyir. Niyə? Hüquqlarını bilmirlər? Tutaq ki, fəhlə bilmir, jurnalist bilmir? Bilir, sadəcə, variantı yoxdur. Çünki bilir ki, sabah onu işdə saxlamayacaqlar".
"İkincisi də, işçilər bəzən işəgötürənlərdən tutaq ki, deyir ki, mən sənə 500 manat verəcəm, səninlə əmək müqaviləsi bağlayacam amma o 500 manatın təxminən 100 manatı gedəcək, 14 fazi gəlir vergisi, 3 fazi də DSMF-yə ödəniş - 17 fazi getdi... Onda qalır təqribən 430 manat. Belə deyək, onun özünə də sərf eləmir, amma fikirləşmir ki, o işəgötürən onu sığortlayacaq, pensiyası var. 6 adda sosial sığorta hadisəsi var. Məsələn, əmək qabiliyyətini itirməkdir, analara doğuşa görə müavinət və s.
Əmək müqaviləsi ilə bağlı pensiyaların verilib-verilməməsi ilə bağlı ekspert vurğuladı ki, əgər əmək müqaviləsi yoxdursa, pensiyaya yığım getmir: "İşçi pensiyaya qədər müvəqqəti xəstələnə bilər, amma onun əmək müqaviləsi yoxdursa, o üstünlüklərdən istifadə edə bilməz. Onun işləməyinin bir mənası yoxdur. O, işçi sayılmır!"
İşçi əmək müqaviləsiz işləyirsə və bir
müddətsən sonra
əmək müqaviləsi
tələb edirsə...
Ekspert bunula bağlı heç bir məhdudiyyətin olmadığını bildirdi. "Şikayət edə bilər, əlbəttə, işçinin hüquqdur. İşəgötürənin isə həm hüququdur, həm də vəzifəsi. İşçi xəlvətcə şikayət etsə, dövlət əmək müfəttişliyi gəlib cərimə də edə bilər. Rəhbərliyin yalanlarına qarşı isə sübutun çoxlu formaları var.
Birincisi, mən məhkəmə işləri aparmışam. İşçilər orada şəkil çəkdiriblər, yeməkxana çekləri var, iş yoldaşları var və s. İkincisi şikayət versə, gəlib qəfildən yoxlama aparsalar, görəcəklər ki, iş başındadır. Sübut etmək imkanı var. Biz məhkəmələrdə xaricilərin işləməsini sübut etmişik. Çətindir, ancaq mümkündür. İstənilən halda işçi başa düşməlidir ki, əmək müqaviləsiz işləmək düzgün deyil", - deyə o bildirdi.
S.Məmmədov sonda bu işdə jurnalistlərin üzərinə daha çox iş düşdüyünü bildirdi. Həm özlərinin işində, həm də insanların maariflənməsində.
Elşən İmanov
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24