Radikal müxalifət liderlərinə tərs sillə
10:12 07-01-2015
CƏMİYYƏT
Radikal müxalifət liderlərinə tərs sillə
BAXCP sədrinin müavini deyir ki, Qərbin siyasi dairələri nə Əli Kərimliyə, nə İsa Qəmbərə, nə Rəsul Quliyevə, nə də Eldar Namazova hörmət qoyur
Ötən il radikal müxalifət üçün uğursuz və itirilmiş bir il kimi yadda qaldı. Xüsusən də radikal düşərgədə istefaların və parçalanmaların olması müxalifətin bu qütbünün növbəti ildə də ağır vəziyyətdə olacağını deməyə əsas verir.
Bu barədə "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, radikal müxalifət o qədər gözdən düşüb ki, onlardan nəsə gözləməyə dəyməz: "Düşünürəm ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar siyasi cameənin radikal hissəsindən Azərbaycan hakmiyyətinə qarşı təzyiq kimi istifadə etməyə çalışacaq. Son 20 il seçkisində bu özünü acıq şəkildə göstərib. Uzun illər bir-birini təhqir edən, öz mətbuat orqanında ən aşağılayıcı fikirləri yazan və yazdıran Əli Kərimli mümkündür ki, yenidən Müsavat Partiyası ilə "qardaşlaşsın". Son parlament seçkilərinin hamısında bu baş verib. Bu Əli Kərimli və ya İsa Qəmbərin təşəbbüsü olmayıb. Bunu həmin adamlara birbaşa beynəlxalq təşkilatlar məcbur edib. Onlar da heç bir etiraz etmədən bu addımı atıblar. Gözlənilir ki, bu il keçiriləcək seçkidə tarix təkrar olunsun. Ancaq mənim şəxsi qənaətim odur ki, Azərbaycan cəmiyyəti heç bir halda radikal siyasət aparan bu şəxslərə ciddi dəstək verməyəcək. Bu düşərgə daha böyük itkilərlə seçkidən ayrılacaq. Son bələdiyyə seçkilərində Əli Kərimlinin partiyasından 100 nəfər namizəd verə bilmədi. Çünki bunun üçün kifayət qədər yerlərdə təmsilçilərin və bölgələrdə ciddi dəstəyin olmalıdır. Kim Əli Kərimlinin partiyasından namizəd olmağa razılıq verər? Özünə hörmət edən və gələcəyini düşünən şəxs Əli Kərimlinin partiyasında qalmaz və neçə ki, Əbülfəz Elçibəydən sonra Əli Kərimlinin yanında "matros" Faiqdən başqa heç kim qalmayıb. Başında olan 5-10 gənc də vaxtı gələndə onun kim olduğunu bilib, düşərgəni tərk edəcək".
Onu da nəzərə çatdıraq ki, bir qayda olaraq seçki ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa cəhdlər edilir. Parlament seçkiləri ərəfəsində belə bir prosesin baş verməsi mümkün olub olmayacağına gəlincə, BAXCP yetkilisi bunu mümkün hesab edir. Onun sözlərinə görə, bu gün Azərbaycanın milli maraqlarını sevməyən bir çox təşkilatlar və dövlətlər var: "Onlar istəmirlər ki, Azərbaycan prezidenti cənab İlham Əliyev müstəqil dövlət siyasətini aparsın. Onlar Azərbaycan dövlətini bu cür görmək istəmirlər. 2013-cü il prezident seçkilərində Rusiya acıq şəkildə Rüstəm İbrahimbəyovu ortalığa atmaqla Azərbaycan hakmiyyətinə "təzyiq" etmək yolunu seçdi. Ancaq sonda gördülər ki, bu yolla ciddi bir uğur qazana bilməyəcək. Hətta radikal müxalifətdən dəstək almalarına baxmayaraq Azərabycan xalqından kifayət qədər dəstək ala bilmədilər. Sonda geri çəkildilər. Noyabr seçkilərində də Qərbin belə bir təşəbbüsdə bulunmasını gözləmək olar. Bir məqamı diqqətinizə çatdırım, son 20 ildən artıqdır ki, Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev , Eldar Namazov və digərləri bütün çıxışlarında bəyan edirlər ki, onlar Qərbyönümlü siyasətçilərdir və Azərbaycanın gələcəyini də Qərbdə görürlər. Ancaq adi bir jurnalist Xədicə İsmayılın həbsi onu göstərdi ki, sən demə, Qərbin siyasi dairələrinin Xədicə İsmayıla verdiyi dəyərin heç birini nə Əli Kərimliyə, nə İsa Qəmbərə, nə Rəsul Quliyevə, nə də Eldar Namazova verir . Bu adamların heç birinin Xədicə İsmayıl qədər hörməti yox imiş".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15