Jurnalist Xədicə İsmayılovanın casusluq ehtimalları özünü doğrultmaq üzrədir
10:14 07-01-2015
CƏMİYYƏT
Jurnalist Xədicə İsmayılovanın casusluq ehtimalları özünü doğrultmaq üzrədir
"Azadlıq" radiosunun keçmiş prezidenti Ceffri Qodminin "The Boston Globe" qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılovanın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) günahlandırması çox şeylərdən xəbər verir.
"Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir" başlıqlı məqalədə deyilir ki, X.İsmayılova və həmkarlarına qarşı ittihamlara görə, onlar, əslində, jurnalistlər yox, MKİ agentləridir. C.Qodmin təəssüflə qeyd edib ki, bu ittihamın irəli sürülməsinə ABŞ özü bais olub.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, C.Qodmin yazır ki, ABŞ-ın milli təhlükəsizlik maraqları naminə jurnalistlər və dövlət strukturları ilə əməkdaşlığı təcrübəsi var. O qeyd edib ki, jurnalistlərin ələ alınması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi 1977-ci ildə qadağan olunsa da, zahiri görünüş aldadıcı ola bilər.
Müəllif yazır ki, 1996-cı ildə MKİ-nin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə edib. O vaxtdan bu yana məsələ açıq qalır. Qismən də ona görə ki, MKİ bu praktikadan tamamilə imtina etdiyini açıq şəkildə elan etmir.
"MKİ, nəhayət, jurnalistlərin ələ alınmasının və agentlərin jurnalist adı altında yerləşdirilməsinin qadağan edilməsini elan etməlidir", - deyə tələb edən C.Qodminin fikrincə, risklərin idarə edilməsi məsələsində jurnalistlərin ələ alınmasına qadağa qoyulması müsbət addım olacaq: "Belə qadağanın olmaması ABŞ-ın müttəfiqlərinin ona etimadına zərbə vurur və düşmənlərinin ocağına yağ tökür".
Qeyd edək ki, 2014-cü ilin əvvəllərində Azərbaycan mətbuatında X.İsmayılovanın İçərişəhərdəki "ART Garden" restoranında ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən "casuslar"ın siyahısını təqdim etdiyi barədə məlumatlar yer almışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt Milli Məclisin üzvü Ceyhun Osmanlının da eyni restoranda olduğu qeyd edilmişdi.
Daha sonra millət vəkili Facebook sosial şəbəkəsindəki səhifəsində jurnalist X.İsmayılovanın əcnəbilərlə "Art Garden" restoranındakı görüşünün audioyazısı olan şəxsi telefonunu prokurorluq orqanlarına təqdim etdiyini bildirmişdi. Millət vəkili sonluqda belə yazmışdı: "V?t?n? x?yan?t bağışlanılmır!!!"
Həmin il fevralın 20-də Baş Prokurorluq Milli Məclisin deputatı C.Osmanlı tərəfindən X.İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audioyazının Baş Prokurorluğa təqdim olunduğunu, iyun ayında isə həmin audioyazının ekspertizaya verildiyini açıqlamışdı. Baş Prokurorluqdan bildirmişdilər ki, Milli Məclisin deputatı C.Osmanlı tərəfindən X.İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audioyazı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə təqdim edilməklə Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə istintaq edilən cinayət işinə əlavə edilib.
Xatırladaq ki, jurnalist Tural Mustafayevin ərizəsinə əsasən Səbail rayon məhkəməsi 2014-cü il dekabrın 5-də jurnalist X.İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22