2 saylı Doğum Evinin baş həkimi işdən çıxarılmayıb-AÇIQLAMA
12:24 13-01-2015
CƏMİYYƏT
Bu gün bir sıra saytların verdiyi məlumata görə, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi işdən çıxarılıb. Belə ki, baş həkim Mehriban Abbasquliyeva müvafiq əmrə əsasən, işdən azad olunduğu bildirilib.
Xəbər də o da bildirilir ki, M.Abbasquliyevanın yerinə təyinat da olub. Belə ki, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralova (baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir) təyin edilib. Z.Qaralova yeni təyinata qədər həmin xəstəxananın şöbə müdiri olub.
Bu barədə «Unikal,org»a açıqlama verən M.Abbasquliyeva vəzifəsindən azad edilmədiyini bildirib: "Heç bir təyinat da baş verməyib. Hazırda doğum evinə rəhbərlik edirəm. Görünür, bəzi saytlar ya qəsdən belə bir informasiya yayıblar, ya da kimlərinsə maraqlarına xidmət edirlər.Təəssüflər olsun ki, belə saytlar səhv informasiya yaymaqla özlərini gözdən salırlar".
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54