BAXCP-dən ABŞ diplomatlarına sərt reaksiya
14:11 17-01-2015
CƏMİYYƏT
BAXCP-dən ABŞ diplomatlarına sərt reaksiya
Niyaməddin Orduxanlı: "Riçard Kozlaric
banan alverçisi, Devid Kramer isə səfehdir"
"Əslində, ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin korlanması Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi İstanbula dəvət etdiyi dövrə təsadüf edir".
Bu fikirləri "Unikal"a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariçin, eləcə də Makkeyn insitunun rəhbəri, vaxtilə "Freedom House" təşkilatının rəhbəri olmuş Devid Kramerin Azərbaycana qarşı qərəzli mövqe sərgiləmələrinə münasibətini bildirərkən deyib. Niyaməddin Orduxanlı bildirib ki, bu dəvətdən imtina edildikdən sonra, ABŞ-ın Azərbaycana yönəlik siyasəti dəyişdi: "Çünki İstanbulda Prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdır. ABŞ bilməldir ki, Azərbaycana qarşı tutduğu bu cür mövqe birbaşa Rusiyanın maraqlarına cavab verir".
Riçard Kozlariç və Devid Kramerin "Azadlıq" radiosunun rus xidmətinə Azərbaycanın əleyhinə açıq şəkildə müsahibə verdiklərini xatırladan BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı həmçinin bildirib ki, çox təəssüf ki, hər iki şəxsin müsahibələrində dövlətimizin maraqlarına zidd ifadələr olduğu halda bunu Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzeti dərc edir: "Devid Kramerin açıqlaması birbaşa səfehlik və siyasi səviyyəsizlikdir. O müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi "Azadlıq" radiosunun əməkdaşlarının dindirilməsi çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, yəni deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. "Azadlıq" radiosunun keçmiş rəhbəri Mirzə Xəzər bu yaxınlarda öz bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ "Azadlıq" radiosunun əməkdaşlarına Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra "Azadlıq" radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb. Əslində ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin korlanması Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi İstanbula dəvət etdiyi dövrə təsadüf edir. Dövlət başçımız bu dəvətdən imtina etdikdən sonra ABŞ-ın Azərbaycana yönəlik siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Əsl səbəb budur".
Keçmiş diplomat Riçard Kozlariçin də son məqaləsində bunu açıq yazdığını deyən Niyaməddin Orduxanlı Kozlariçin yazısını təhlil edərək bildirib: "Kozlariç yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Bu banan alverçisi Kozlariçin nə demək istədiyi cümlənin ikinci hissəsində ifadə olunur. Necə yəni Ermənistanla ciddi danışıq aparmalıyıq?! Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Biz torpağımızı işğal edən bir ölkə ilə hansı danışıqları aparmalıyıq? Odur ki, bu adamların niyyətləri açıq şəkildə ortadadır. Budur, sizin 20 ildən artıq tutduğunuz "ədalətli mövqe" ABŞ bilməlidir ki, Azərbaycana qarşı tutduğu bu cür mövqe birbaşa Rusiyanın maraqlarına cavab verir..."
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26