İmişlidəki aclıq aksiyası dayandı
13:23 16-05-2012
CƏMİYYƏT
İmişlidəki aclıq aksiyası dayandı
Musa Rahim bunu səhhətində yaranmış problemlə əlaqələndirib
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl İmişli rayonunda aclıq aksiyası başlamışdı. Həmin məlumatda vurğulanırdı ki, AXCP-nin üzvü Musa Rahim əvvəlcə icra başçısına müraciət ünvanlayaraq, rayondakı uşaq baxçasının sökülməsinin qarşısının alınmasını tələb etmişdi. Əks təqdirdə, etiraz aksiyasına başlayacağını bildirmişdi.
Bildirək ki, Musa Rahim mayın 10-na kimi vaxt verdiyindən həmin gündən başlayaraq, 5 gün ardıcıl olaraq aclıq aksiyası keçirib. Rayon xəstəxanasının həkimlərinin nəzarəti altında həyata keçirilən prose s isə dünən dayanıb. Bu barədə AXCP üzvü özü məlumat verib.
O deyib ki, mayın 10-dan başladığı aclıq aksiyasını dayandırmağının əsas səbəbi səhhətində yaranmış problem olub. Amma o, bundan sonra da aksiyanı başqa bir şəkildə davam etdirəcəyini bəyan edib. "Aksiyanı evimin damına hər 5 gündən bir şüar asmaqla davam etdirəcəm. Uşaq baxçası öz profilinə uyğun körpələrin istifadəsinə verilənə qədər bu proses davam edəcək".
Qeyd edək ki, İmişli sakininin bu cür aksiyaları dəfələrlə təkrarlanıb. Rayonda baş verən müxtəlif hadisələrlə bağlı həyata keçirilən aksiyalar sırasında ən populyarı isə aclıq etmək olub. Musa Rahimin xüsusən də uşaq baxçası ilə bağlı reallaşdırdığı aclıq aksiyası davamlı xarakter daşıyır və bu səbəbdən də İmişli İcra Hakimiyyəti məsələyə heç zaman reaksiya verməyib. Çünki buna adi hal kimi baxırlar.
İlkin
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06