Bahar Muradova azərbaycanlı deputatların AŞPA-da Rusiya əleyhinə səs verməməsini ŞƏRH ETDİ
11:22 31-01-2015
CƏMİYYƏT
Bahar Muradova azərbaycanlı deputatların AŞPA-da Rusiya əleyhinə səs verməməsini ŞƏRH ETDİ
"Sözügedən qətnaməni dəstəkləməməyimiz Ukraynaya qarşı deyil"
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən gün yeni qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən, rəsmi Moskvanın Ukrayna məsələsinə qarşı tutduğu mövqeyə görə Kreml haqqında sanksiya siyahısı genişləndirilib. Səsvermədə 40 nəfər qərarın əleyhinə, 160 nəfər isə lehinə səs verib. Azərbaycan da AŞPA-da Rusiyanın Ukraynaya qarşı təcavüzkarlığını qınayan qərarın əleyhinə səs verib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin bu cür addım atmasını Ukraynaya qarşı hərəkət kimi dəyərləndirənlər də var.
Milli Məclisin vitse-spikeri Bahar Muradova açıqlamasında məsələyə belə münasibət bildirib:
"Azərbaycan Ukrayna dövlətinin ərazi bütövlüyünü ən yüksək səviyyədə dəstəkləyib. Ölkənin rəsmiləri hər uyğun məqamda da bunu vurğulayırlar. Azərbaycanın rəsmi mövqeyi belədir, hər hansı bir dövlətin ərazi bütövlüyünün pozulmasına qarşıyıq. Bunu açıq şəkildə bəyan edirik. Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyət məsələsinə gəldikdə, biz ikili yanaşmanın, ikili standartların əleyhinə səs veririk. Xatırlayırsınızsa, ATƏT PA-nın ötən il Bakıda keçirilən yay sessiyasında da belə bir vəziyyət yaranmışdı. Krım məsələsi müzakirə olunanda fərqli yanaşmaya etiraz etdik. Bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü pozan, ərazilərimizi işğal altında saxlayan, 1 milyon insanı qaçqın-köçkünə çevirən Ermənistana sanksiya tətbiq edilmədiyi halda, uyğun bir məsələdə başqa bir ölkəyə tətbiq olunur. Biz bu cür yanaşmaya qarşı çıxırıq. Hesab edirik ki, belə qərar qəbul olunursa, bütün təşkilatlar ilk növbədə ölkələrin ərazi bütövlüyünü şübhə altına alan bir hərəkətə bundan əvvəl yol vermiş Ermənistana da sanksiya tətbiq etməlidirlər. Yəni bu cür selektiv yanaşmanın əleyhinəyik".
Vitse-spikerin sözlərinə görə, bu cür addımlar Ukraynanın ərazi bütövlüyünün əleyhinə olması anlamına gəlməməlidir:
"Bu, doğru yanaşma deyil. Ola bilsin ki, kimsə ya bundan sensasiya yaratmaq istəyir, nəsə öz ambisiyalarını güdür, ya da məsələni anlamadığına görə belə söyləyir. Yalnız Azərbaycanın mövqeyinin nədən irəli gəldiyini açıqlaya bilərəm. Biz eyni məsələlərə beynəlxalq hüquq məsələləri baxımından hansı ölkədə baş verməsindən, hansı ölkəyə bu qərarın aid olmasından asılı olmayaraq uyğun mövqe sərgilənməsini istəyirik. Ona görə də ən uyğun məqamdan Azərbaycanın problemlərini qabartmaq üçün istifadə edirik. Avropa Şurası Parlament Assambleyası öz üzvü olan bir ölkənin digər dövlətin ərazisini işğal altında saxlamasına, hər gün provakasiyalar törətməsinə, atəşkəsi pozmasına, Azərbaycan ərazisində hərbi təlimlər keçirməsinə, öz elinə baş çəkmək üçün gedən Azərbaycan vətəndaşını mifik Ermənistan dövlətinin Qarabağ sərhədini pozması adı ilə həbs edib girov götürməsinə, məhkəmə şousu qurmasına laqeyd qalırsa, brlə bir təşkilata öz münasibətimizi bu şəkildə ifadə edirik".
Namidə BİNGÖL
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15