Müsavat rəhbərliyindən Qubad İbadoğluna qarşı təxribat
10:03 03-02-2015
CƏMİYYƏT
Müsavat rəhbərliyindən Qubad İbadoğluna qarşı təxribat
Başqanlığa keçmiş namizəddən sərt sözlər: "Sizi kişi kimi mübarizə aparmağa çağırıram"
Xəbər verildiyi kimi, Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu və tərəfdarları partiyadakı vəziyyətlə əlaqədar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis ediblər.
"Unikal"ın məlumatına görə, komitə partiyanın sonuncu qurultayından sonra bəzi fəal üzvlərin Müsavatdan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar Müsavat üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb. Q. İbadoğlu Müsavat rəhbərliyinə partiyada yaranmış vəziyyətin birgə müzakirəsini təklif etsə də, başqan Arif Hacılı və sabiq başqan İsa Qəmbər də daxil olmaqla, partiya rəhbərliyindən heç kim toplantıya qatılmayıb. Eyni zamanda, Müsavat rəhbərliyi Q.İbadoğlu və tərəfdarlarının müzakirələri toplantı zalında keçirməsinə şərait yaratmayıb, toplantı partiyanın bufetində keçirilib. Buna səbəb isə Müsavat rəhbərliyinin toplantı zalını müzakirə üçün məqsədəuyğun hesab etməyib, buna görə də onlara şərait yaradılmayıb. Bu da onu göstərir ki, Müsavat rəhbərliyi bu cür addım atmaqla Qubad İbadoğlunu və tərəfdarlarını təxribata çəkirlər.
Müsavat Partiyasından narazı qrupun lideri Qubad İbadoğlu dünən müsavatçılara müraciət edib. "Unikal"ın məlumatına görə, Q.İbadoğlu müraciətini sosial şəbəkələrdə yerləşdirib: "Bilirsiniz ki, mən partiya Divanının 2 fevral tarixli iclasına dəvət almışam. Həmin iclasda mənim davranışlarımın partiya nizanaməsinə uyğunluğu müzakirə olunacaq. Bu dəvəti qəbul etsəm də, Bakıda olmadığıma görə iclasa qatıla bilməyəcəm. Bakıda olduğum günlərin birində Divanın növbəti toplantılarından birinə qatılıb, Divan müzakirələrində iştirak etmək niyyətindəyəm. Bununla bağlı narahatılığım yoxdur. Mən həmişə müzakirələrə açıq olmuşam. Məni narahat edən başqa məqamdır. Bu dəvətdən sonra artıq bir neçə gündür ki, Müsavatın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü və birbaşa göştərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verib. Artıq bütün cəbhə boyu hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar və şərhlər yazır, qurşaqdan aşağı zərbə vurmaqla məni nüfuzdan salmağa çalışırlar. "Çamur at, izi qalsın" prinsipi ilə hərəkət edən bu kiçik qrup güman edir ki, təhqir, şər və böhtan yolu ilə Qubad İbadoğlunu hörmətdən salıb, özləri sayğı qazanacaqlar. Fəqət, bu anlayışsızlıqları ilə çox böyük səhv etdiklərinin fərqində deyillər. Mən yaxşı bilirəm ki, Müsavat Partiyası onlar güman etdikləri qədər tükənməyib, aşınmayıb. Bu partiya həmişə sizin kimi fədakar və haqqı nahaqqdan ayıra bilən sıravi müsavatçıların sayəsində ayaqda qalıb, ən çətin zamanlarda belə şərin, nifrətin, böhtanın öhdəsindən gəlməyi, şər ocaqlarını susdurmağı bacarıb".
Daha sonra Qubad İbadoğlu fədakar müsavatçılara bunları deyib: "Sosial şəbəkələrdə bu qeyri-insani kampaniyaya fətva verənlərin həmin iyrənc şərhlərə yazılan əks mövqeli rəyləri anındaca sildiklərini, məhdud tərəfdarlarını bu işlərə cəlb etmək üçün ilan kimi qabıqdan çıxdıqlarını Sizə anlatmağa da lüzum görmürəm. Siz yaxşı bilirsiniz ki, həyatını bu kimi cılız kampaniyalara sərf edənlər böyük ideya və amal sahibləri ola bilməzlər. Şərəfli müsavatçı adının daşıyıcıları isə heç bir zaman ola bilməzlər! Bu çirkin kampaniyanı başlatmaqda onların bir əsas məqsədi var: məni hövsələdən çıxarmaq, təmkinimi itirməyimə nail olmaq! Əsla! Mən onların şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyəm. Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Vicdanınızın (əgər varsa, onu da itirməmisinizsə) səsini dinləyin və bu kampaniyanı dayandırın! Sizi kişi kimi mübarizə aparmağa çağırıram! Bir daha təkrar edirəm ki, bu mübarizədə mənim yeganə amalım partiyadaxili barışığa nail olmaq və Müsavatı gücləndirməklə hakimiyyət uğrunda mübarizə aparmaqdır!".
Qərib Gərazadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15