Müxalif düşərgə düşdüyü böhrandan çıxmaq istəyir
10:04 03-02-2015
CƏMİYYƏT
Müxalif düşərgə düşdüyü böhrandan çıxmaq istəyir
Radikal müxalifət parlament seçkiləri öncəsi bir araya gəlməyə cəhd göstərir. Bu istiqamtdə aparılan danışıqlar konkret nəticə verməsə də, müəyyəq cəhdlər var.
Bu barədə "Unikal"a açıqlama verən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib ki, müxalifət düşərgəsindəki pərakəndəlik prosesə mənfi təsir göstərir. Onun sözlərinə görə, iqtidarla siyasi opponentlik etmək əvəzinə, bəzi partiyaların iqtidara qarşı siyasi savaş açmaları müxalifətin birliyinə mane olan amillərdəndir: "Hazırkı situasiyada müxalifət daxilində mövcud olan vəziyyət, bu düşərgənin bir araya gəlməsi istiqamətində edilən təşəbbüslər, həmçinin müxalifətin birliyinə mane olan amillər, eləcə də bunun aradan qaldırılmasının mümkün yolları araşdırılmalıdır. Müxalifət partiyaları seçkilərə birgə getməlidirlər. Pərakəndəlik heç kimə və heç vaxt xeyir gətirməyib. Son illər müxalif təfəkkürə ciddi zərbələr dəyib və onlar da bu zərbədən taqətsiz hala düşüblər. Təkəbbürlük, ayrı-seçkilik, insafsızlıq (özünü başqasının yerinə qoymamaq), yanlış fikirlərin müxalifətə daşınması kimi amillər müxalifətin sözün əsil mənasında bir araya gəlməsinə mane olur. Eyni zamanda, seçki ərəfəsində partiyaların mövqelərində olan yanlışlıq, siyasi baxışlarda fərqlilik, cəmiyyətin durumunu və siyasi baxışlarını düzgün dəyərləndirməmək kimi səhv addımları da bura şamil etmək olar. Bir-birilərini məğlub etmək üçün taqətsiz hala düşənədək ittiham etmələri, güzəşt etmə bacarıqlarının olmaması kimi vacib məqamlar da müxalifətin birliyinə mane olan amillərdəndir".
Fikirlərini "Unikal"la bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, birliklə bağlı VİP Siyasi Şurasının növbədənkənar iclası keçirilib və məsələ müzakirə olunub. Onun sözlərinə görə, iclasda,əsasən,VİP-in Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan təşkilatların iştirakı ilə bu il keçiriləcək parlament seçkilərinə yönəlik formalaşdırılan seçki blokunda iştirakı məsələsı müzakirə olunub: "VİP Siyasi Şurasının son iclasından sonra baş tutan Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısı haqqında məlumat verildi. Sözügedən qurum daxilində seçki hazırlıqlarının intensivləşdirilməsi və bu çərçivədə seçki blokunun tezliklə təsis olunması zərurətinin önə çıxdığını diqqətə çatdırdıq".
Ə.Əliyev bu zərurətin arqumentləşdirilmiş mövqe ilə ifadə edildiyini deyərək, VİP Siyasi Şurasının bu məsələnin yenidən müzakirə olunmasına ehtiyac yarandığını diqqətə çatdırıb. Onu da nəzərə çatdıraq ki, müzakirələrdə fəallıq göstərən Siyasi Şura üzvləri müxalifətin parlament seçkilərinə vahid platorma əsasında qatılmalarının vacibliyini vurğulayaraq, VİP-in bu məqsədə hədəflənmiş təşəbbüsləri yüksək qiymətləndirdiyini bir daha qeyd ediblər. Mərkəzi üzvlərinin seçki blokunun formalaşdırılmasının sürətləndirilməsinə dair mövqeyini əsaslı hesab edən natiqlər VİP-in bu prosesdə çevik iştirakının təmin olunması üçün partiya sədri Ə.Əliyevə yetərli səlahiyyət verilməsini məqsədəuyğun sayıblar. Eyni zamanda qeyd olunub ki, VİP sədrinin ona verilmiş səlahiyyət çərçivəsində seçki blokunda təmsilçiliklə bağlı imzaladığı sənədlər partiyanın mart-aprel ayında keçirilməsi nəzərdə tutulan Məclisində yenidən dəyərləndirilməlidir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15