ATƏT-in Minsk qrupu buraxıla bilər
09:38 04-02-2015
CƏMİYYƏT
ATƏT-in Minsk qrupu buraxıla bilər
Azərbaycan həmsədrlik institutuna yeni təkliflər verəcək
ATƏT yenidən regionda baş verən proseslərlə bağlı müxtəlif açıqlamalarla çıxış etməyə başlayıb. İlk belə siqnal isə ABŞ-dan gəldi."ATƏT-in Minsk qrupunun həmsədrləri son həftələrdə Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatdırlar".Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş zorakılıq hallarından ciddi narahatlıq keçirdiklərini qeyd edən diplomatın sözlərinə görə, son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün fəsad törədir: "Biz tez bir zamanda regiona səfər etmək, tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq".Amma ekspertlər hesab edir ki, bu səfər sadəcə olaraq protokol xatrinə həyata keçirilən bir səfər olacaq və artıq heç bir tərəf ATƏT-in Minsk qrupundan ciddi nəsə gözləmir. Görünür buna görə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı Milli Məclis səviyyəsində belə təkliflər səsləndirilir. "Biz 20 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk.Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə də hesab edirəm ki, Azərbaycanın rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsinin müzakirəyə çıxarmasının vaxtı gəlib çatıb".Bunu millət vəkili Azay Quliyev deyib. Deputatın sözlərinə görə, yanvarın 21-də cənab Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri oldu və səfər zamanı Almaniya Kansleri xanım Angela Merkel də Dağlıq Qarabağ probleminin həllinə yaxından dəstək verəcəyini bildirdi: "Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsini qaldırmaq lazımdır. İkinci bir təklif Türkiyənin bu formata daxil olunmasıdır. Bilirsiniz ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə, Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır".
A.Quliyevin fikrincə, Türkiyənin müəyyən imkanları var ki, bu istiqamətdə təsir etsin, xüsusilə, Türkiyə Ermənistanla sərhədlərin açılmasının birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir: "Beləliklə, hesab edirəm ki, indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır və mən bu məsələni ATƏT Parlament Assambleyasının qış sessiyasında qaldırmağı planlaşdırıram".Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseyinli də hesab edir ki, bu təklif normal təklifdir və Azərbaycan çalışmalıdır ki, formatda dəyişiklik olsun:"ATƏT-in Minsk qrupunun üç həmsədri açıq şəkildə Ermənistanın mövqeyini müdafiə edirsə bununla razılaşa bilmərik. Yadıma gəlir həmsədrlərin seçilməsi zamanı Azərbaycan tərəfi çox ciddi gərginliklərdən sonra ABŞ-ı buraya daxil etdirə bildi. Əslində Ermənistan başqa ölkənin seçilməsini istəyirdi və bu olardısa Azərbaycan daha ciddi problemlərlə üzləşərdi. Buna görə hesab edirəm ki, həmsədrlik institutuna yenidən baxılmalı və əlavə iki dövlətin də bu quruma daxil edilməsi təmin olunmalıdır. Amma burada prosedur qaydası nəzərə alınmalıdır. Buna görə mövcud həmsədrlik ləğv edilməlidir. Daha sonra iki ölkəni Ermənistan, iki ölkəni isə Azərbaycan həmsədrliyə təklif edə bilər. Bundan sonra isə ümumi razılaşma əsasında beşinci ölkəni hər iki tərəf birlikdə seçməlidir. Belə olarsa Ermənistan Rusiya və Fransanı təklif edəcək.Azərbaycan isə Almaniya ilə Türkiyəni. Beşinci ölkə kimi isə ABŞ ola bilər. Bax belə bir format yaranarsa nəticə gözləməyə dəyər. Yox əgər heyətin dəyişməsi qəbul olunmazsa, onda Azərbaycan bütün gücünü səfərbər edərək problemin həllini ATƏT çərçivəsindən çıxardaraq BMT səviyyəsinə qaldırmalıdır". Bunu da qeyd edək ki, bu təklif bir neçə il öncə də aktuallaşmışdı və o zaman ATƏT rəhbərliyi tərəflərlə dialoqa başladı və fəaliyyətlərində aktivlik müşahidə olundu başladı. Amma bu müvəqqəti bir görüntüdən başqa rol oynamadı.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15