Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar
09:39 04-02-2015
CƏMİYYƏT
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk
Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Qeyd olundu ki, bina 1974-cü ildə inşa edilib və hazırda müasir tələblərə uyğun yenidən qurulur. Ötən ilin yanvarında başlayan təmir işlərindən sonra binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılacaq, ilk Avropa Oyunlarının badminton və stolüstü tennis yarışlarının burada keçirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı və xanımı əsas idman zalında aparılan təmir işləri ilə də maraqlandılar.
Bildirildi ki, tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi qurulub.
Əsas idman zalında artıq döşəmə işlər həyata keçirilir. Döşəməyə xüsusi taxta örtük salınır. Məhdud fiziki imkanlı tamaşaçıların və gələcəkdə paralimpiyaçıların binanın bütün sahələrindən tam istifadə edə bilmələri nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlərin quraşdırılması nəzərdə tutulub. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərəcək. Bundan başqa, burada püşkatma və mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınacaq.
Qeyd edək ki, ilk Avropa Oyunlarının həyəcanı yaxınlaşdıqca ölkəmizdə bu idman yarışlarına maraq daha da artır. Bütün bunlar bir daha təsdiqləyir ki, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir. Təsadüfi deyil ki, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Ölkəmiz birinci Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəkdir.
Dövlətimizin başçısı İlham Əliyev Bakı İdman Sarayında işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq tapşırıq və tövsiyələrini verdi.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15