"Hafka"ya qarşı növbəti qiyam şoku
09:56 05-02-2015
CƏMİYYƏT
"Hafka"ya qarşı növbəti qiyam şoku
Qalmaqallı iş adamının başı yenə ağır dərddə!
Azərbaycanın futbol birinciliyində mübarizə aparan "Bakı" futbol klubunda vəziyyət kritik həddə çatıb. Belə ki, neçə vaxtdı maddi sıxıntıdan əziyyət çəkən klub dağılmaq təhlükəsi qarşısındadır.
Aparıcı futbolçularını itirən "zolaqlılar" bu mövsümün ilk yarısını sürünə-sürünə keçirib. Daimi kasıblıq, ödəmələrdəki gecikmələr, futbolçuların bir ildən çoxdu minimal şərtlərlə razılaşıb, meydana çıxması "Bakı"nın son nəfəsdə olmasına işarə idi. Amma artıq o nəfəs də tükənib.
futbolinfo.az-ın yazdığına görə, klubun müflis prezidenti, "Hafka" ləqəbli Hafiz Məmmədovun növbəti yalanından sonra futbolçuların ümidi tamamilə tükənib. Belə ki, iş adamı dünən futbolçulara pul paylayacağını, borcların müəyyən hissəsini bağlayacağını vəd edibmiş. Amma onun növbəti dəfə sözünün ağası olmamağı oyunçuları özündən çıxarıb.
Futbolçular sözü bir yerə qoyub, növbəti turun oyununa çıxmamağı lazım bilib. Bu səbəbdən böyük ehtimalla fevralın 7-də "Qarabağ" - "Bakı" görüşü baş tutmayacaq.
Ümumiyyətlə, komandanın dağılmaq təhlükəsi çox realdı. Məmmədovun hələ özünə gəlmədiyini nəzərə alsaq, futbolçulara pul ödənilmədiyi halda onların qiyama davam edib oyunlara çıxmayacağı gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl "Unikal"da dərc edilən yazıda bildirilirdi ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının suyu kəsilib. Amma sonradan məlum oldu ki, budəfəki hadisənin səbəbi heç də klubun kommunal xərclərə görə külli miqdarda borcunun yaranması deyilmiş. Çünki Hafiz Məmmədovun müflis olmasından sonra borclanan "Bakı"nın bu problemini AFFA rəhbərliyi öz üzərinə götürüb. "Bakı"nın yenidən susuz qalmasının səbəbi başqadı.
Həmin vaxt bildirilirdi ki, başıbəlalı təlim-məşq bazasının şərikli olması indi acı nəticələrini göstərir. Vaxtilə nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamı olan Hafiz Məmmədovun ondan üz döndərməsindən sonra yaranan problemlər pik nöqtəsinə çatıb. Bazanın yerləşdiyi ərazi nazirin oğlu Anar Məmmədovun mülkiyyətindədisə, onun üzərində tikilən daşınmaz əmlak Hafiz bəyə aiddi. Sonuncunun müflis olmasından və keçmiş şərikləri ilə problemlərinin ortaya çıxmasından sonra isə bazanın bölüşdürülməsi mümkünsüz işə çevrilib.
İndi Anar bəy özünə məxsus torpaqları Hafiz bəydən geri almaq istəyir. "Bakı"nın prezidenti isə bunun üçün bütün inşa etdiklərini sökməlidi ki, bu da faktiki hər şeyin məhvi deməkdi. Tərəflər bir-birinə güzəştə getmədiyindən problem çözülməz hala gəlib.
İstisna edilmir ki, futbolçuların "Hafka"ya qarşı qiyamında bu məqamın da rolu az deyil. Belə ki, "Bakı"nın oyunçularının nazir oğluna böyük rəğbətinin olduğu bildirilir. Hafiz Məmmədovun isə nazir və oğlu ilə açıq qarşıdurmaya getməsi onsuz da klub rəhbərindən pullarını ala bilməyən futbolçuların səbr kasasını daha da daşırmış ola bilər.
Hər halda görünən odur ki, Hafiz Məmmədovun işləri qaydasında getməməkdə davam edir. Bu isə onu deməyə əsas verir ki, "Baghlan Group" Şirkətlər Qrupunun prezidenti olan Hafiz Məmmədov maliyyə böhranından çıxa bilməyib və qalmaqallı iş adamı üçün pulsuzluq get-gedə daha ciddi başağrısına çevrilir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27