İsmayıllını radikal müxalifət nədən hədəfə aldı?
10:58 06-02-2015
CƏMİYYƏT
İsmayıllını radikal müxalifət nədən hədəfə aldı?
Elçin İsmayıllı Əli Kərimlinin, Əli Kərimli isə xaricdə ki, sahiblərinin sifarişini həyata keçirir
Uzun müddətdir ki, müxtəlif xarici qüvvələrin təsiri ilə Azərbaycanda stabilliyi pozmağa çalışan müəyyən radikal qruplar hər zaman uğursuzluğa düçar olaraq yeni yollar axtarmağa başlayır. Bir müddət öncəyə qədər bütün imkanlarını səfərbər edərək Bakıda gərginlik yaratmağa cəhd etdilər.
Bu məqsədlə NİDA kimi təşkilatların üzvlərindən də yararlandılar. Amma sonunda bütün planları alt-üst oldu və cəmiyyət bir daha sübut etdi ki, mövcud hakimiyyəti dəstəkləyirlər. Hadisələrin belə gərgin bir məqamında aydın oldu ki, Azərbaycanda daxili sabitliyi pozmağa çalışan kənar qüvvələr radikal müxalifətlə yanaşı, erməni şəbəkəsinin əsas simaları olan Leyla Yunuslardan da bəhrələnməyə çalışıbmış. Amma bu oyunda ifşa edildi və demək olar ki, bütün kartlar aşkara çıxdı. Bütün bunlara baxmayaraq deyəsən kənar güclər təslim olmaq istəmirlər və hazırda yeni oyunlar ortaya çıxmağa başlayıb. Belə ki, Bakıda heç bir nəticə əldə edə bilməyən bu güclər indidə Azərbaycanın əyalətlərinə üz tutublar. Bir neçə il öncə Qubada, İsmayıllıda baş verən olayları yenidən qabardıb, siyasi bir oyuna çevirmək üçün bölgələrlə bağlı arzuolunmaz və heç bir əsası olmayan informasiyalar bəzi mətbu orqanların manşetinə çevrilməkdədir. Hesab edilir ki, bu yolla bölgələrdə süni gərginlik yaratmaq olar və sonra bu gərginlik Bakıya transfer olunar. Bu məqsədlə həyata keçirilən ilk ünvan İsmayıllı rayonu oldu. Belə ki, son bir neçə gündür ki, bəzi media orqanlarında, heç bir oxucusu olmayan saytlarda belə İsmayıllı rayonu ilə bağlı dezinformasiyalar yayılmaqdadır. Hətta ayda, iki ayda bir dəfə çıxan qəzetlər belə 200-300 tirajla çap olunaraq həmən nüsxələri İsmayıllı rayonunda yayırlar. Çünki özünə və xəbərdaşıycılığına hörmət edən sayt və qəzetlər bu tip dezinformasiyaları dərc etməkdən imtina ediblər və belə gülməli hal yaranıb. "Unikal"a daxil olan məlumata görə hazırda İsmayıllı rayonu ilə bağlı sistemli şəkildə qarayaxmaların təşkilində yenə radikal müxalifətin rolu var və bu işi hazırda "Azadlıq" qəzetinin İsmayıllı üzrə bölgə müxbiri Elçin İsmayıllı həyata keçirir. Xatırladaq ki, Elçin İsmayıllının qardaşı Elşən İsmayıllı rayonda ictimai asayişin kobud surətdə pozulması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq zəminində baş vermiş hadisələrlə əlaqədar həbs edilmişdi. Bu gün isə Elçin İsmayıllı bir tərəfdən qardaşının intiqamını alır, digər tərəfdən isə təmsil olunduğu partiya rəhbərliyinin xarici mənbələrdən aldıqları sifarişlərin icrasını yerinə yetirir.Amma bunuda qeyd edək ki, İsmayıllı rayonuna Mirdaməd Sadıqov icra hakimiyyətinin başçısı təyin olunandan sonra rayonda kifayət qədər işlər görülmüş və hazırda Azərbaycanın ən aktiv rayonlarından biri kimi qəbul edilir. Rayonda görülən işlər hakimiyyətin ən yüksək səviyyələrində belə alqışlarla qarşılanmış və yerli sakinlər yeni mühitdən razılıqlarını dövrü mətbuatda dəfələrlə səsləndiriblər. Amma görünür bu kimlərisə qane etmir və buna görə rayona, rayon rəhbərliyinə qarşı dezinformasiyalar ayaq açıb yeriyir. Amma əsas olan budur ki, İsmayıllı rayon sakinləri bu gün rayonda həyata keçirilən proqramlardan, quruculuq-abadlıq işlərindən kifayət qədər razıdırlar.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15