Millət vəkili Ermənistanda başladılan repressiyalardan danışdı
11:01 06-02-2015
CƏMİYYƏT
Millət vəkili Ermənistanda başladılan
repressiyalardan danışdı
Fazil Mustafa: "Bu ölkədə Rusiyanın iradəsindən kənar heç bir hadisə baş vermir"
"Əgər Rusiyanın dəstəyi olmasa Sarkisyan rejiminin hər hansı şəkildə devrilməsindən söhbət gedə bilməz".
Bu sözləri millət vəkili Fazil Mustafa Gümrü hadisələrindən sonra Sarkisyan rejimi tərəfindən etirazçılara qarşı başladılan repressiyalara münasibətini bildirərkən deyib(sia). Onun sözlərinə görə, Sarkisyan rejimini hakimiyyətdə saxlayan Rusiyadır və onu erməni xalqı seçməyib: "Sarkisyan bütövlükdə erməni xalqının iradəsinə zidd fəaliyyət göstərən bir rəhbərdir. Çünki, erməniləri fəlakətə sürükləyənlərin başında məhz Sarkisyan gəlir. Bu baxımdan baş verən hadisələr, repressiya faktorları Ermənistanda hakimiyyətin dəyişməsinə heç bir təsir göstərməsə də hər halda onun sarsılmasına köməklik göstərəcəkdir".
Millət vəkili Gümrü hadisələrinə görə saxlanılanların əsas sifarişçisinin Rusiya olduğunu istisna etməyib və bildirib ki, Serj Sarkisyan bununla itirilmək təhlükəsi yaşadığı hakimiyyətinə divident qazanmaqdan ötrü xalqına qarşı radikal addımlar atmağa hazır olduğunu nümayiş etdirir: "Hazırda Ermənistanda davam edən repressiyalarda da, məhz Rusiyanın əli var. Ümumiyyətlə bu ölkədə Rusiyanın iradəsindən kənar heç bir hadisə baş vermir".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15