YAP-çı deputat yürüdülən sosial-iqtisadi siyasəti təqdir edir
10:00 07-02-2015
CƏMİYYƏT
YAP-çı deputat yürüdülən sosial-iqtisadi siyasəti təqdir edir
Musa Quliyev: "Regionaların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çox uğurlu bir layihədir"
"Regionaların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çox uğurlu bir layihədir. Bu layihə ölkəmizin bölgələrinin inkişafı, müasirləşməsi və əhalinin rifahının yüksəlməsi baxımından böyük əhəmiyyət kəsb edir".
Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini MusaQuliyev deyib. M.Quliyev bildirib ki, bu proqramın həyata keçirilməsində məqsəd, qeyri-neft sektorunun inkişafını təmin etmək, respublikanın bütün regionlarını proporsional şəkildə inkişaf etdirmək, neft sektorundan gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltmək və Azərbaycanın neftdən asılılığını aradan qaldırmaqdan ibarətdir. Eyni zamanda, rayonların və onların kəndlərinin inkişaf səviyyəsini qaldırmaq, əhalinin məskunlaşmasını və məşğulluğu təmin etmək, yerlərdə normal gəliri olan iş yerləri ilə təmin etmək də başlıca məqsədlərdən biridir.
"Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları nəticəsində investisiya qoyuluşları, infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik energisi sisteminin yenidən qurulması, qaz təminatının yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Eyni zamanda, yeni iş yerlərinin açılması, turizmin inkişafı, aqrar sektorun inkişafı da diqqət mərkəzində olub. Artıq üçüncü dövlət proqramı isə açılmış iş yerlərinin rəqabətqabiliyyətli məhsul istehsalını qarşıya məqsəd qoyub. Məqsəd Azərbaycan brendlərinin, Azərbaycan markalı məhsulların xarici bazarlara çıxarılmasını təmin etməkdir"- deyə, komitə sədrinin müavini vurğulayıb.
Digər Xəbərlər
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45