Müxalifətin yeni bloku qarşıdurma yaradıb
09:17 11-02-2015
CƏMİYYƏT
Müxalifətin yeni bloku qarşıdurma yaradıb
Məlum olduğu kimi, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) iştirak edən partiyaların 8-nin yaratdığı seçki bloku artıq təsis olunub. Bu bloka qoşulmaqdan imtina edən partiyaların bu addımı birmənalı qarşılanmayıb.
"Unikal"ın məlumatına görə, SPDİHM-də Müsavat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ümid, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunurdu. Onlardan Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları seçki bloku yaradıb. Yerdə qalan 3 partiya - Azərbaycan Demokrat, Ümid və Müsavat partiyaları isə bloka qoşulmaqdan imtina edib.
Amma blokun son qərar vermə mərhələsində bəzi partiyaların geri çəkilməsi birmənalı qarşılanmayıb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu addımlarının səbəbindən "Unikal"a danışarkən deyib ki, siyasi maraqları həmin formatda tam təmin olunmur. ADP sədri seçkilərə birgə getmək üçün əvvəlcə təcrübənin gərəkli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bura daxil olan partiyalarla son 20-25 ildə bir dəfə də olsun heç bir seçki blokunda olmadıqlarına görə eksperiment aparmaq istəməyiblər: "O səbəbdən biz kimlə ki, əməkdaşlıq etmişik, iş görmüşük və bilirik ki, bu partiyanın gücü, potensialı davranışı necədir, o partiyalarla da bir yerdə seçkilərə getməyi daha məqsədəuyğun hesab edirik. ADP artıq SPDİHM-də təmsil olunmur. Orada funksional əməkdaşlıq edirdik. Seçki bloku yaradıldıqdan sonra da funksional əməkdaşlıq öz əhəmiyyətini itirdi. Ona görə də biz oradan çıxmağı məqsədəuyğun hesab etdik".
Məsələylə bağlı "Unikal"ın əməkdaşı ilə söhbətləşən sözügedən bloka daxil olan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, kimin harda təmsil olunmaq istəməsi öz qərarıdır və buna hörmətlə yanaşmaq lazımdır: "Müsavat Partiyasının blokda təmsil olunmayacağı bəlli idi, amma ADP ilə Ümid Partiyası son anda qərar verdi. "Qarabağ" blokuna daxil olan partiyaların mövqeyində dəyişiklik oldu. Təbii ki, bu, partiyaların öz seçimidir və biz də buna hörmətlə yanaşırıq. Yeri gəlmişkən deyim ki, Demokratiya və İnsan Haqları Mərkəzinin seçki blokuna çevrilməsi məsələsini "Qarabağ" bloku qaldırmışdı".
Birlik təşəbbüskarının sonradan yaradılan birlikdən imtina etməsinə gəlincə, Sülhəddin bəy "Sonuncu iclasda Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak etmirdi. Bu səbəbdən də ondan bu qərarın səbəbini soruşa bilmədik. ADP sədri Sərdar Cəlaloğlu toplantıda iştirak edirdi, onun fikirlərindən belə başa düşdüm ki, Demokrat Partiyasının blokda təmsil olunmaq niyyəti olub. Görünür, "Qarabağ" blokundakı müttəfiqlik münasibətləri burada öz sözünü deyib. Bu səbəbdən də blokda təmsil olunmaqdan daşınıblar".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27