Əfqanıstanda

Əfqanıstanda İŞİD lideri öldürüldü
Tanınmış şeyxdən ilginc açıqlamalar!

Əfqanıstanın Helmənd vilayətində pilotsuz təyyarənin həyata keçirdiyi hücum zamanı İŞİD-in yerli lideri Molla Əbdül Rauf öldürülüb.
Helmənd polis idarəsinin rəisi Molla Əbdül Raufun maşında gedərkən hədəf alındığını deyib. Məlumata görə pilotsuz təyyarə avtomobili nişan alarkən orada bir neçə nəfər də olub.
Sabiq Quantanamo məhbusu olan Molla Əbdül Raufun Taliban qrupundan İŞİD-ə keçmişdi.
Bu arada dəhşətli edam üsulları ilə dünyanı şoka salan İŞİD terror qruplaşması bunlardan daha birinə imza atıb. İŞİD Suriyanın Deyrezzor şəhərində "İslam dövləti"ni devirməkdə ittiham olunan bir nəfəri məftillə boğub.
Edam üsullunun "özəlliyi" isə ondan ibarətdir ki, məftillə boğulan şəxs sonra da silahla başından vurulur.
Dünya Müsəlman Alimləri Birliyinin sədr müavini şeyx Əhməd Raysuni isə İŞİD terror qruplaşmasından ən çox xeyiri olan ölkənin Suriya olduğunu açıqlayıb.
O, yazılı açıqlamasında İŞİD-ə qarşı müharibənin ABŞ və İranın idayası olduğunu, ərəb və müsəlmanların bu məsələdə heç bir səlahiyyəti, mənfəəti olmadığını vurğulayıb. "Bir sözlə, müsəlmanlar vasitəsilə onlara özlərini qırdırırlar" - deyə din xadimi sözlərinə əlavə edib.
Raysuni mövzu ilə bağlı İraqlı və Suriyalı bir çox alimlərlə, islami fəaliyyətlər həyata keçirən fəallarla görüşdüyünü və nəhayət belə nəticəyə gəldiyini açıqlayıb: "Müsəlmanlara düşmən olan, eyni zamanda terror qruplaşmasına müharibə elan edən bəzilərinin İŞİD-in dəstəklədiyi və idarə etdiyi barədə bir çoxları ilə həmfikir olduq. İŞİD-in ortaya çıxması və böyüməsi üçün onlara qucaq açan və qoruyan Bəşər Əsəd rejimi olub. Daha sonra isə müstəmləkəçi ölkələr mənafeləri üçün qruplaşmanı gücləndirdi, indi isə onunla mübarizə aparır".
Murad İbrahimli