Arif Hacılının qardaşı da savaşa qoşuldu
10:36 13-02-2015
CƏMİYYƏT
Arif Hacılının qardaşı da savaşa qoşuldu
Mustafa Hacıbəylidən Hikmət Hacızadəyə
təpki: "Özünüzə sərf edən mövzuda "liberalizm" deyib az qala, özünüzü lezvalayırsız..."
Müsavat daxilində baş qaldıran narazılıq günü-gündən dərinləşməkdədir. İş o yerə çatıb ki, artıq partiyadan kənarda olan, elə son gərginliklərə görə istfa verənlər də etinasız qala bilmirlər.
Bir müddət öncə partiyadan istefa verən Hikmət Hacızadənin Müsavat rəhbərliyinin son addımlarına reaksiyası da birmənalı qarşılanmayıb. "Unikal"ın məlumatına görə Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli partiya sıralarından istefa verən Hikmət Hacızadənin ittihamlarına cavab verib. O, Hikmət Hacızadəni obyektiv olmamaqda suçlayıb: "Hikmət bəy, Səxavət Əlisoyun faşist açıqlamasına "etiraz edirəm" deməklə üstündən keçirsiz, necə deyərlər, can dərdi bir kəlmə söylədiniz. Bu da sizə sual veriləndən sonra. Amma özünüzə sərf edən mövzuda "liberalizm" deyib az qala, özünüzü lezvalayırsız...".
Başqanın qardaşı hazırda H.Hacızadənin deydiklərinin qeyri-səmimi olduğunu düşündüyünü bildirib: "Zamanında Səxavət Əlisoya etiraz etsəydiniz, bəlkə indi səmimiyyətinizə inanardım. Zamanında Qubad İbadoğlunun qurultaya qarşı çıxmasına, onun və bəzi dostlarınızın Müsavat nizamnaməsini dəyişdirib İsa Qəmbəri əbədi başqan təklif etməsinə demokratiya və liberalizm konteksində bir reaksiya versəydiniz, indi səmimiyyətinizə inanardım. Zamanında Əlövsət Talışxanlının, sizin qruplaşmanın üzvü olan digər dostlarınızın illərlər MNTK olaraq fəaliyyət göstərməməsinə reaksiya versəydiniz, partiyanın maraqları və məsuliyyət konteksində buna qiymət versəydiniz, "bacarmadılar" desəydiniz, bəlkə də səmimiyyətinizə inanardım. Sizin qruplaşmanın üzvləri sabotajla məşğul idi, məsələn, Təşkilat Komitəsi 4 dəfə cəhd edəndən sonra da Tovuzda konfrans keçirə bilməmişdi. Yalnız Qubad İbadoğlunun namizədliyi irəli sürüləndən sonra bunu etdilər. Bu, tək Tovuzda olmayıb, amma hamısında motiv eyni olub. O vaxt da susmusuz".
M.Hacıbəyli qeyd edir ki, Müsavatdan qurultaydan əvvəlki illərdə də kimlərsə partiyadan qovulub, cəzalandırılıb. "O vaxt da nəyəsə reaksiya versəydiz, bəlkə indi səmimiyyətinizə inanardım. Ənvər Əhməd onun barəsindəki qərardan narazıdırsa, şikayət versin. Əgər siz həbsdəki insanların hüquqlarının müdafiəsi üçün belə fəallıq etsəydiniz, lap elə Ənvər Əhməd özü həbsdə olanda onun müdafiəsinə qalxsaydınız, sizin səmimiyyətinizə inanardım. Nə indiki, nə əvvəlki məhbusların müdafiə tədbirlərində iştirak etməmisiz. Qubad İbadoğlunun başqanlığı kimi xırda, merkantil bir məqsəd uğrunda Nizamnamədən kənara çıxdıqları üçün barəsində partiya tədbiri görülənləri müdafiə etdiyiniz kimi, digər insanları müdafiə etsəydiniz, bəlkə səmimiyyətinizə inanardım. Görürəm ki, siz indi demokratiya və liberalizm ideyalarını yalnız Qubad İbadoğluna, Mədən Sənayesində Şəffaflıq Koalisiyasının operatoruna xidmət göstərmək üçün kullanırsız. Bunu görürəm və bu səviyyəyə endiyinizə görə təəssuf edirəm", müsahibimiz vurğulayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27