Arif Hacılıya qarşı yeni cəbhə açılıb
10:54 14-02-2015
CƏMİYYƏT
Arif Hacılıya qarşı yeni cəbhə açılıb
Bir qrup hüquq müdafiəçisi Müsavat başqanına qarşı birləşib
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı əsas rəqibi Qubad İbadoğlunu sıradan çıxarandan sonra güclənəcəyini düşünsə də proseslər əks iistiqamətdə inkişaf etməyə başladı.
"Unikal"ın məlumatına görə, artıq partiya daxilində bitərəf olanlar da Arif Hacılıya qarşı birləşiblər. Onlar hiss edirlər ki, Arif Hacılı partiyanı öz şəxsi mülkiyyətinə çevirməkdədir və nə vaxtsa, analoji qərarlar onlar barəsində də verilə bilər. Elə ona görə Müsavat Partiyasında qurultaydan narazı qrupla rəhbər komanda arasındakı mübahisə gündən-günə daha da qızışır. Cəmiyyətin müxtəlif kəsimlərindən Müsavatdakı gərginliyə reaksiyalar verilir. Artıq hüquq müdafiəçiləri də bu prosesə qoşulub və başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun partiya Divanının qərarı ilə Müsavatdan çıxarılmasını pisləyiblər. Müsavat üzvü olmayan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı müsavatçılara sual ünvanlayıb: "Siyasi partiyalar öz nizamnamələri əsasında fəaliyyət göstərir. Təbii ki, kənar şəxslərin partiyanın daxili siyasətinə qarışmaq haqqı yoxdur. Amma bir sualıma cavab axtarıram. Qubad bəy bir QHT rəhbəri kimi Milli platformanın "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının koordinatoru kimi fəaliyyət göstərəndə onu niyə partiya üzvlüyündən çıxarmırdılar, Azərbaycan Demokratiya və Rifah hərəkatını yaradanda çıxarırlar?".
M.Qəhrəmanlı əlavə edib ki, ADR zamanında yaradılmış bir qurumdur: "Siyasi partiyaların bu quruma qısqanclıqla yanaşması başa düşülən deyil". Müsavat sıralarında olan Lətafət Məlikova Müsavat Partiyasının başının dərddə olduğunu söyləyib: "İllərdi birgə yol getdiyim çiyindaşlarım Müsavatdan ya çıxarılır, ya da etiraz olaraq istefa verirlər. Çox üzgünəm". Q.İbadoğlunun Müsavatdan xaric olunmasına etiraz edərək partiyadan istefa verən digər hüquq müdafiəçisi Sədaqət Paşayeva MNTK sədri Sevinc Hüseynova tərəfindən satqın adlandırılmasına sərt reaksiya verib: "Məni yaxından tanımayan Sevinc Hüseynovaya və məni satqın adlandıran digər müsavatçı dostlarıma özüm haqqımda deyim ki, sıravi müsavatçı olaraq Müsavatdan getdim. Qurultaydan sonrakı dövrdə Müsavatda baş verən ədalətsizlik və qanunsuzluğa dözmədiyim, bu qanunsuzluqların aradan qaldırılmasına dair partiyada hər hansı siyasətin formalaşdığını görmədiyim üçün partiya sıralarından çıxdım. Bu qərarımı müsavatçılıq prinsiplərinə xəyanət kimi dəyərləndirməyin. Onu da bilməyinizi istədim ki, keçdiyim həyat yolu, haqq və ədalət uğrunda apardığım mübarizə müsavatçılığın təməl prinsipidir. Hər birinizi əmin edirəm ki, mən satqın deyiləm və heç zaman satqın ola bilmərəm".
Göründüyü kimi, Arif Hacılıya qarşı böyük bir müxalif ordu formalaşır. Bu səbəbdən də qarşıdakı dövrdə onu çətin günlərin gözlədiyini demək olar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15