16 yaşlı idman ustası
10:56 17-02-2015
CƏMİYYƏT
16 yaşlı idman ustası
Ruslan Rüstəmov iki il öncə dediyini edə bildi
"Avropa çempionatında istərdim ki, rəqiblərimdən biri erməni olsun və bir qubadlılı olaraq nələrə qadir olduğumu göstərim".
Bu sözləri düz iki il öncə boks üzrə beynəlxalq çempionatda qalib olan 14 yaşlı Ruslan Rüstəmov demişdi. Nəhayət, iki ildən sonra Ruslan Rusiyada keçirilən boks üzrə Avropa çempionatının finalında erməni ilə üz-üzə gəldi və birinciliyi qazanmaqla həm dediyi sözün üstündə dura bildi, həm də Azərbaycan bayrağını yüksəkliklərə qaldırdı.
Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda idmanın demək olar ki, hər bir sahəsi sürətlə inkişaf etməkdədir. Avropa və dünya çempionatlarında, olimpiada yarışlarında artıq Azərbaycan söz sahibinə çevrilib və demək olar ki, hər il yeni idmançılar dünya miqyasında tanınırlar. Haqqında söhbət açdığımız Ruslan Rüstəmov da artıq imzasını imzalar sırasına qata bildi. Bir neçə il öncə boks üzrə Bakı çempionatına qatılan 14 yaşlı Ruslan Rüstəmov bütün rəqiblərini qabaqlayaraq birinciliyi qazana bilmişdi. Hələ onda mütəxəssislər hesab edirdilər ki, Ruslan Rüstəmov perspektivli idmançıdır və dünya səviyyəsinə çıxa biləcək.
Ruslan Rüstəmov 1999-ci ildə Bakı şəhərində anadan olsa da, əslən Qubadlıdandır. Ruslan bizimlə söhbətində daha sonra bunları bildirdi: "Qubadlını görməsəm də, atam deyir ki, orda insanlar çox döyüşkən olublar və ermənilərə hər zaman güclərini göstəriblər. Mən də Qubadlılıyam və ermənilərə qarşı savaşmağa hazırlaşıram".
Onu da qeyd edək ki, Ruslan Bakı şəhərində "Rabitəçi"idman klubunda məşq edir. Klubda ona peşəkar məşqçi İlham Əlimzanov döyüş qaydalarını öyrədir və qısa müddətdə o, bir sıra uğurlara imza atıb. Ruslan keçdiyi idman yolu ilə bağlı bunları dedi: "İki il öncə Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş boks yarışında çıxış etdim və 15 saniyə müddətində rəqibimi noqdauna sala bildim. Bundan sonra digər rəqiblərimlə də ciddi görüşlərim oldu. Nəticədə bütün rəqiblərimə qalib gələrək birinci yerə layiq oldum. Buna görə də birinci dərəcəli diplom və boks əlcəyi mükafatını aldım. İkinci dəfə başqa bir böyük yarışa qatıldım. 2012-ci ilin fevral ayında orta məktəblər arasında keçirilən respublika yarışında iştirak edirdim. Bu yarış daha çətin və ağır olacaqdı deyə, müəllimimiz xüsusi proqramla bizi yarışa hazırladı. Bu yarışda da müəllimimizin ümidini doğrulda bildim və bütün rəqiblərin üzərində təmiz qələbə qazanmaqla birinci yeri tutdum.Daha sonra Bakı çempionatına qatıldıq. Onda da qarşımıza xüsusi tapşırıqlar qoyulmuşdu. Müəllimimiz bizdə inam yaratmışdı ki, bu yarışdan da qalib çıxmalıyıq. Bakı miqyaslı bu yarışda da 4 rəqibim var idi. Bu yarışda da rəqiblərim kifayət qədər güclü və peşəkar idi. Buna baxmayaraq bütün rəqiblərin üzərində qələbə qazandım və yenə də birinciliyə sahib oldum.Bakı çempionatından sonra respublika çempionatına hazırlaşan Ruslan bu dəfə də birinciliyi əldən vermədi.
O, bu döyüşü ilə bağlı da danışdı: "Respublika çempionatı hər zaman ağır olur. Buna görə ciddi şəkildə hazırlaşmışdıq və elə rəqiblərim var idi ki, onlar dünya səviyyəli boksçular idi. Amma qarşıma qoyduğum məqsədə çatmalı idim və çatdım da. Bakı çempionatından fərqli olaraq respublika çempionatı çox ağır olur. Nəhayət, ötən il gənc idmançımız Avropa çempionatına yollandı. Bu çempionatla bağlı Ruslan Rüstəmovun dedikləri: "Çox ağır yarışma idi. Amma dözümlülüklə, yaxşı hazırlaşmağımla və müəllimlərimin dediklərini həyata keçirtməklə istəyimə nail oldum. Çox maraqlıdır ki, finalda rəqibim erməni oldu. Bu artıq mənim üçün başqa bir məsələyə çevrilmişdi. Belə ki, qarşımda dayanan doğma elim olan Qubadlını və Azərbaycanın digər bölgələrini işğal edən bir millətin təmsilçisi idi. Çox şükürlər ki, bir daha dünyaya sübut edə bildim ki, erməni milləti hər zaman bizdən zəif olublar. Beləliklədə Avropa çempionu adını qazana bildim".
Müsahibimiz daha sonra Azərbaycanda idmançılar üçün yaxşı imkanlar yaradıldığını da bildirdi: "Mən çox istəyirəm ki, cənab prezident İlham Əliyevin bizlər üçün yaratdığı bu şəraitdən ağılla bəhrələnib, olimpia medalını ölkəmizə gətirim. Mən özümə inanıram və bu günə qədər qarşıma qoyulan vəzifələri necə yerinə yetirmişəmsə, bundan sonra da eyni qaydada davam edəcəyəm. Mən cənab prezidentimiz İlham Əliyev başda olmaqla, Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova, bütün müəllimlərimə, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bir daha bildirirəm. Həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da idmana ciddi yanaşmasını, birinci Avropa Çempionatının təşkilati rəhbərliyini həyata keçirtməsini də yada salaraq, təşəkkürümü bildirirəm".
Sonda onu da qeyd edək ki, dünən Ruslan Rüstəmov 16 yaşında idman ustası adını qazanıb. Ona bununla bağlı vəsiqəni Gənclər və İdman nazirliyində təqdim ediblər.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15