Kremldən Qarabağ açıqlaması
10:59 17-02-2015
CƏMİYYƏT
Kremldən Qarabağ açıqlaması
Mübariz Əhmədoğlu:"Ümumilikdə götürəndə artıq iki ildir ki, Rusiya işğal olunmuş 7 rayonun azad olunmasını istəyir və bu reallaşacaq"
Son bir il ərzində Rusiya-Azərbaycan, Rusiya -Ermənistan münasibətlərində ciddi dəyişikliklər müşahidə olunmağa başlayıb. Hər zaman Ermənistana açıq dəstəyini verən və Dağlıq Qarabağ probleminin həllinə bu və ya digər şəkildə mənfi təsir göstərən Rusiya hazırda Azərbaycanla münasibətləri dərinləşdirməyə, Türkiyə ilə sıx əməkdaşlığa maraq göstərir.
Sözsüz ki, bu proseslərlə yanaşı Rusiyanın Ermənistanla da münasibətləri gərginləşir. Son zamanlar isə açıq şəkildə ortaya çıxdı ki, Ermənistanda rusfobiya var və bu nifrətin arxasında ciddi səbəblər dayanır. Görünür Rusiya da artıq bunu çılpaqlığı ilə görür və bu səbəbdən Ermənistana yanaşmasına korrektələr edir. Bütün bunlar isə Dağlıq Qarabağ probleminin həllinə müsbət təsirini göstərəcək. Elə rəsmi Kremldən gələn son açıqlama da bunu təsdiqləyir. "Azərbaycanla Rusiyanın dostluq münasibətlərini onunla təsdiq etmək olar ki, AŞPA-da bizim nümayəndə heyətlərimiz Amerika ekspansiyasına qarşı vahid cəbhədən səs verirlər". Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Niktin belə açıqlama ilə çıxış edib. O, Rusiya Kommunist Partiyası lideri Gennadi Zyüqanovun Bakıya səfəri, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü də xatırladıb.
Dövlət Duması rəsmisinin bildirdiyinə görə, Azərbaycanda Rusiya vətəndaşlarına çox gözəl münasibət sərgilənir və bu, iki ölkənin əməkdaşlığının daha da sıx olacağına ümidləri artırır.
Vladimir Nikitin onu da qeyd edib ki, Azərbaycan postsovet ölkələrində yeganə ölkələrdən biridir ki, orada kəskin rusofobiya yoxdur. Rusiya Dövlət Duması sədrinin müavini Azərbaycanın Avrasiya İqtisadi İttifaqının tərkibinə daxil olacağına ümid etdiyini də söyləyib.
O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqaməti fonunda Rusiya-Azərbaycan əlaqələrini də şərh edib. Vladimir Nikitin bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır və bunun üçün böyük səylər ortaya qoyur.
"Mən bilirəm ki, hazırda Rusiya prezidenti Vladimir Putin, Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanın və Ermənistanın liderlərinin bu ağrılı problemin həlli istiqamətində razılığa gəlmələri üçün ilkin optimal variant üzərində işləyirlər. Düşünürəm ki, nəticədə tərəflər münaqişənin həlli yolunu tapacaqlar",-deyə Vladimir Nikitin vurğulayıb. Bu açıqlama ilə bağlı "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu da nikbin fikirdədir: "Mən verilən bu açıqlamanı doğru sayıram.Xatırlayırsınızsa bir müddət əvvəl Ermənistanın baş naziri Rusiyaya səfər etmişdi və Narışkin onunla görüşdü. Əslində Narışkin əsasən MDB dövlətlərinin parlament rəhbərliyi və üzvləri ilə görüşməyə səlahiyyətlidir. Amma onun Ermənistanın baş naziri ilə görüşməsi məsələnin nə qədər ciddi olduğunu göstərir. Mən hesab edirəm ki, Rusiya bu gün Dağlıq Qarabağ probleminin həllində maraqlıdır və Azərbaycanın mövqeyini dəstəkləyir. Elə Azərbaycanın AŞPA-da Rusiyaya dəstək verməsinə Kreml sahiblərinin reaksiyası da bunu təsdiqləyir. Belə ki, Azərbaycanın Rusiyanı dəstəkləməsindən sonra Narışkin Azərbaycana təşəkkürünü bildirdi və Azərbaycanı mərd insanların vətəni adlandırdı, prezident İlham Əliyevə minnətdarlığını səsləndirdi. Bu baxımdan hesab edirəm ki, Vladimir Putin Dağlıq Qarabağ problemi ilə bağlı konkret mövqe sərgiləyəcək. Ümumilikdə götürəndə artıq iki ildir ki, Rusiya işğal olunmuş 7 rayonun azad olunmasını istəyir və bu reallaşacaq. Digər tərəfdən son Gümrü olayları da təsdiqlədi ki, Ermənistan Rusiya üçün etibarlı portnyor deyil və bununda təsiri olacaq". Bu arada qeyd edək ki, Rusiya Ermənistanda həm daxili gərginlik yaratmaqda, bu ölkənin siyasətinə müdaxilə etməkdə ittiham olunur. "Çiçəklənən Ermənistan" və Respublika partiyalarının liderləri ölkəni süni şəkildə qütbləşdirərək iki yerə bölüblər.Bu sözləri "Milli Özünütəyinetmə" Birliyinin lideri Paruyr Ayrikyan deyib.Onun sözlərinə görə, Ermənistanda müxalifət və iqtidar süni şəkildə qütbləşmə yaradıb."Onlar ölkəni qütblərə ona görə bölürlər ki, əhalini rahat şəkildə idarə edə bilsin. "Çiçəklənən Ermənistan" və Respublika partiyalarının liderlərini əsas məsələdən başqa hər şey maraqlanıdırır. Bunlar dövlətin möhkəmlənməsinə xidmət etmirlər. Hətta müxalifət liderləri arasında fikir ayrılıqları hökm sürür. Əhalinin rifahı üçün heç bir açıqlama vermirlər", - deyə Paruyr Ayrikyan bildirib.
Onun sözlərinə görə, Rusiya əmr verib ki, Serj Sarkisyan və Qaqik Tsarukyan bir-birlərinə qarşı dursunlar."Həm iqtidara, həm də müxalifətə yuxarıdan əmr gəlib ki, bir-birlərini "yesinlər". Kim qalib gəlsə, hakimiyyət onundur. Lakin bunlar bütün sərhədləri keçiblər", - deyə Ayrikyan bildirib.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15