Əli Kərimlinin xəyanət bəlası
11:09 24-02-2015
İQTİSADİYYAT
Əli Kərimlinin xəyanət bəlası
Seçkilərdən sonrakı portifel partiyası
AXCP sədrinin müavini Razi Nurullayev partiyadan istefa verdi.Bundan sonra maraqlı proseslər baş verdi. Az qala vulkan püskürən Razi Nurullayev partiyadaxili prosesləri, AXCP sədri Əli Kərimlinin partiyadakı fəaliyyətinə dair açıqlama verərək demək olar ki, hamını çaşqın duruma saldı. Əslində çaşqın durumu bir daha yada saldı. Razi Nurullayev təxminən bunları bildirdi
- Əli Kərimli avtoritarizmə meyilli şəxsdir
- Əli Kərimli AXCP üzvlərindən müvəqqəti istifadə edərək kənara atır
- AXCP üzvləri partiya sədrinin girovuna çevrilib
- Partiyanın əksər üzvləri faktiki olaraq bu qurumda artıq yoxdurlar.
Zaman-zaman AXCP haqqında belə fikirlər səsləndirilirdi. Amma bu gün Razi Nurullayevin açıqlaması çox şeyi aydınlaşdırdı.
Yenə hakimiyyətə
işləmək ittihamı
Amma gəlin öncəliklə illər boyu bir partiyada təmsil olunan və Razi Nurullayev "Əli Kərimlinin qaraguruhçuları" adlandırdığı AXCP fəallarından bəzilərinin Razi Nurullayevlə bağlı fikirlərinə diqqət ayıraq. AXCP-in mətbuat xidmətinin rəhbəri Natiq Adilov:" . Razi bəy sədr müavinliyindən bu gün xaric olunub, amma yüzlərlə cəbhəçi Razi bəyin mübarizəsində səmimi olmadığını, könlünün başqa yerdə olduğunu çoxdan hiss etmişdi. Sadəcə, Əli bəyə çox güvəndiklərindən səbr edirdilər".AXCP sədrinin müavini Fuad Qəhrəmanlı:" Razi bəy AXCP-nin müxalif siyasi kursuna uyğun gəlməyən, bir çox hallarda hakimiyyətin siyasi maraqlarına xidmət edən fəaliyyətinə görə sədr müavinliyindən kənarlaşdırılıb".Beləliklə aydın olur ki, Razi Nurullayev sən demə hakimiyyətə işləyirmiş. Ümumiyyətlə apardığımız araşdırmalar sübut edir ki, bu günə qədər AXCP sədri Əli Kərimlinin dediklərinə etiraz edən bütün cəbhəçilər "hakimiyyətə işləyir"- ittihamı ilə sıradan çıxarılır. Son bir il ərzində buna uyğun iki misala diqqət yetirək. AXCP-yə milyonluq ofisini icarəyə verən Azər Əsgərov ofisi sıradan çıxandan sonra partiya rəhbərliyindən haqlarının müdafiəsini istəyən kimi yenə Fuad Ələsgərli, Natiq Adilov və Fuad Qəhrəmanlı bəyanat verərək onu Əli Kərimlidən öz haqlarını tələb etdiyi üçün "Hakimiyyətə işləməkdə" ittiham etdilər. Amma heç kəs sual vermədi ki, milyon manat dəyərində olan ofisini AXCP-yə qurban verəndə o hakimiyyətəmi işləyirdi? Və yaxud gənclik illərindən, Əbülfəz Elçibəylə birlikdə AXCP-nin yaranmasında iştirak edən AXCP sədri Asəf Quliyev partiya daxilində demokratiyanın olmadığını deyən kimi ömrünü partiyaya qurban verən Quliyev də "hakimiyyətə işləməkdə" ittiham olundu. Beləliklə ortaya maraqlı bir mənzərə çıxdı. Bu günə qədər partiyada ən çox zəhmət çəkmiş, partiyanı formalaşdıran insanların əksəriyyəti sən demə hakimiyyətə işləyirmiş.
Bəs AXCP-də
nə baş verir?
Maraqlıdır, bəs hansı səbəbdən AXCP-də belə proseslər baş verir və bunun sirri nədir? .Baş verənləri təhlil edəndə ortaya bir sıra maraqlı faktlar çıxır. Elə Razi Nurullayev olayında da bu məqamlar çılpaqlığı ilə ortaya çıxdı. İndi isə gəlin ardıcıllıqla bunun səbəblərinə baxaq.
Partiyanın cəmiyyətdən tam təcridi
Bu gün AXCP-də baş verən istefaların kökündə dayanan əsas məsələ partiyanın cəmiyyətdə tam nüfuzdan düşməsi və partiya üzvlərinin də ümidsizliyə qapılmasıdır. Bütün bunları görən partiya rəhbərliyi cəmiyyətin diqqətini cəlb etmək üçün bu səbəbdən
- Cəmiyyətdə əzabkeş obrazı yaratmağa çalışır
- Hakimiyyətin partiyada kimlərisə ələ almağa çalışması ovqatını yaratmaqla, hələ də güc mərkəzi olduqlarını sübutlamağa cəhd edir
- Beynəlxalq təşkilatlara bununla öz radikal xidmətlərini təklif edirlər
Elçibəy irsindən
tam imtina
Son 10 il ərzində AXCP sədrinin partiyadaxilində apardığı kadr dəyişikliklərinə baxanda aydın olur ki, Əli Kərimlinin ən köklü məqsədlərindən biri və birincisi AXCP-ni Əbülfəz Elçibəy irsindən tam təmizləməkdir. Nəticədə partiya rəhbərliyində Əbülfəz Elçibəy irsinə sadiq qalan son iki nəfər, Asəf Quliyev və Razi Nurullayev də partiyadan uzaqlaşdırıldılar. Beləliklə partiya rəhbərliyi tamamilə Əli Kərimliyə sədaqətli "yurd"çulardan təşkil olundu. Əbülfəz Elçibəy irsinə sədaqətli olan partiyanın rayon təşkilat üzvləri isə demək olar ki, artıq beş ildən çoxdur ki, partiyanın heç bir tədbirlərinə qatılmır və faktiki olaraq partiyadan kənardadırlar.
Sual verilə bilər ki, nədən Əli Kərimli Əbülfəz Elçibəy tərəfdarlarını partiyadan təmizləyir?.Bunun cavabı aşağıdakılardır.
1. Əbülfəz Elçibəyin hələ sağ olduğu zamanlarda və dünyasını dəyişməsindən sonra Əli Kərimli hakimiyyətlə ciddi işbirliyinə getmişdi və buna görə o klassik cəbhəçilər tərəfindən xəyanətkar kimi qəbul olunurdu. Əli Kərimli keçmişi unutdurmaq üçün elə keçmişdən imtina etmək xətti seçdi və buna görə onun xəyanətini bilən hər kəsi xəyanət damğası ilə partiyadan kənarlaşdırdı.Bunu da qeyd edək ki, ümumiyyətlə Əli Kərimlidə ciddi natamamlıq kompleksi mövcuddur və buna görə o avtoritar idarəetməyə daha çox meyillidir.
2. Ümidli gələcək vəd etdiyi klassik cəbhəçilərin artıq ona inanmadığını aydın şəkildə gördü və siyasi yalanlar banisi kimi adının gündəmə gəlməməsi üçün tarixi keçmişi bilməyən gəncləri partiyaya cəlb etməklə keçmişdəkiləri elə keçmişdə saxlamağa cəhd etdi.
3. Elə Milli Şuranın yaranışı zamanı aydın oldu ki, Rusiyanın projesi olan Milli Şuranın formalaşmasına ən çox etiraz AXCP-dən gəldi. Açıq şəkildə bəyan etdilər ki, illər boyu Elçibəylə yanaşı rus imperiyasına qarşı savaş aparandan sonra bu gün rus imperiyasına xidmət etmək şərəfsizlikdir. Həmçinin AXCP-nin açıq şəkildə erməni lobbisi ilə sıx bağlılığı olan qüvvələrlə Əli Kərimlinin təmas qurması klassik cəbhəçiləri qıcıqlandırdı və Əli Kərimli milli dəyərlərə hörmətlə yanaşan bu qüvvələrdən də imtinanı qarşısına məqsəd qoydu.
Bundan sonrakı AXCP
Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, artıq bu günkü AXCP milli azadlıq hərəkatı zamanından formalaşan AXC ilə heç bir şəkildə bağlantıya sahib deyil və bu səbəbdən partiyanın tam iflasa uğrayacağı sirr deyil. Əslində AXCP ölkədaxili proseslərə heç bir şəkildə müdaxilə edə bilmirdi və bu səbəbdən belə bir rəy yaradılırdı ki, AXCP-ni dünya gücləri hələ də qəbul edir. Amma ABŞ dövlət katibinin və digər yüksək ranqlı əcnəbi qonaqların Bakıya gələrkən AXCP rəhbərliyi ilə görüşməməsi bu mifidə sıradan çıxartdı. Çünki artıq beynəlxalq güclər də görürlər ki, AXCP əslində partiya üzvlərini, cəmiyyətdə dayaqlarını itirmiş bir neçə nəfərdən ibarət mövqesiz quruma çevrilib və belə bir qurumla ciddi əlaqə qurmağa dəyməz. Güman etmək olar ki, bu il keçiriləcək parlament seçkilərindən sonra AXCP Azərbaycanın siyasi həyatından tamam yox olacaq.Məhz bütün bunları nəzərə alan Əli Kərimli bütün gücünü səfərbər edərək Milli Şuranın qalmasına çalışır. Çünki Milli Şura adı ilə hələki beynəlxalq təşkilatlar qarşısında imitasiya edə bilir. Amma son günlər Milli Şura, daha doğrusu Əli Kərimli və Cəmil Həsənli ilə digər müxalifət partiyaları arasında dərin uçurum yaranandan sonra Milli Şuranın da artıq tam fiaskoya uğradığını demək çətin deyil. AXCP-nin daxili mənbələrindən əldə etdiyimiz məlumata görə belə durum yaranandan sonra Əli Kərimli bütün gücünü səfərbər edərək əlində girov saxladığı Cəmil Həsənlinin partiyaya sədr müavini gəlməsinə çalışacaq ki, seçkilərə qədər heç olmasa müəyyən fon yarada bilsinlər. Digər tərəfdən isə Razi Nurullayevin partiyadan istefa verməsindən sonra ona qarşı partiyada iyrənc kampaniyanın həyata keçirilməsi də sıravi partiya üzvlərini ciddi narahat etdi. Çünki sabah eyni aqibəti onlarında yaşayacağı qaçılmazdır. Bu arada aydın olub ki, Əli Kərimlinin Razi Nurullayevi partiyadan kənarlaşdırmasının başqa bir səbəbi müavininin QHT sektorunda ciddi nüfuza sahib olmasıdır. Belə ki, Əli Kərimli Razi Nurullayevin bir sıra layihələr həyata keçirərək pul qazanmasına biganə qala bilməyib və müavinindən müəyyən faiz umub. Amma partiyadan kənarda öz gücünə layihələr həyata keçirən Razi Nurullayev bundan imtina edib. Xatırladaq ki, eyni olay "Azadlıq" qəzetində də baş vermişdi. Belə ki, müəyyən beynəlxalq təşkilatlardan "Azadlıq" qəzetinə birdəfəlik yardımlar ayrılmışdır. Həmin zaman Mirzə Sakit başda olmaqla qəzetin əməkdaşları bu puldan öz əməkhaqlarının verilməsini istəmişdilər. Ancaq məlum olmuşdur ki, həmin pullar hansısa səbəbdən bir başa Əli Kərimli tərəfindən mənimsənilib. Buna eitraz olaraq Mirzə Sakit və qəzetin bir neçə əməkdaşı onunla yollarını ayırdılar.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08