Tural Abbaslı: "Müsavat Partiyasını ağır günlər gözləyir"
12:33 18-03-2015
CƏMİYYƏT
Tural Abbaslı: "Müsavat
Partiyasını ağır günlər gözləyir"
"Mən və tərəfdarlarım Müsavat Məclisinin aprelin 4-də keçiriləcək sessiyasında Məclis üzvlüyünə, ümumiyyətlə, seçkili orqanlara namizədliyimizi verməyəcəyik. Çünki Məclisin sonuncu iclasından indiyə qədər müşahidələrimiz göstərir ki, Arif Hacılı və ətrafı rəqabət hissindən qurtulmayıblar və hələ də qurultaya qədərki rəqabət mühitini davam etdirirlər".
Bunu Müsavat Partiyasının sabiq Divan üzvü Tural Abbaslı deyib. T.Abbaslı bildirib ki, Arif Hacılı və ətrafı hələ də qrup maraqları naminə addımlar atır: "Belə rəqabətdə iştirak etmək lazım deyil. Biz partiya naminə nə isə etməyin tərəfdarıyıq, mənim qrupum, sənin qrupun anlayışı ilə yarışmağın tərəfdarı deyilik. Ona görə də Məclis üzvlüyünə namizədliyimizi verməyəcəyik. Təbii ki, bu da partiyadaxili demokratiyanın bərbad olduğunun göstəricisidir. Bu, partiyanın zəifləməsinə gətirib çıxaracaq. Tez bir zamanda lazımi addımlar atılmasa, təəssüf ki, Müsavat Partiyasını ağır günlər gözləyir".
Qeyd edək ki, martın 16-da Müsavat Partiyası Divanının iclasında partiya Məclisinin növbəti sessiyasının aprelin 4-də keçirilməsi barədə qərar qəbul edilib. Sessiyada Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyasının boş qalan yerlərinə seçkilər keçiriləcək.
Digər Xəbərlər
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34