Əli Kərimlinin daha bir adamı aradan çıxır
10:04 31-03-2015
CƏMİYYƏT
Əli Kərimlinin daha bir adamı aradan çıxır
AXCP funksioneri Natiq Ədilov Fransaya sığınıb
Son dövrlər ard-arda zərbələr almış AXCP sədri Əli Kərimli daha bir zərbə alıb. Radikal müxalifətin öncüllərindən olan Əli Kərimliyə bu dəfə də yaxın sirdaşları "təpik" vurub.
Belə ki, AXCP funksioneri Natiq Ədliov bundan belə Fransada yaşayacaq. Sosial şəbəkələrdə yayılan məlumata görə, artıq N.Ədilovun Fransa dövlətindən siyasi sığınacaq alması təsdiqlənib.
Qeyd edək ki, N.Ədilov uzun müddət idi ki, qonşu Gürcüstanda idi və onun xarici ölkələrdən birindən siyasi sığınacaq alacağı gözlənilirdi. AXCP funksioneri ölkəni Sabirabadda yaşayan qardaşı Murad Ədilovun həbs olunmasından sonra tərk edib. Qardaşının siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirən N.Ədilov qeyd edirdi ki, guya M.Ədilovu həbs etməklə hakimiyyət ona təzyiq göstərmək istəyir.
Əslində isə hər kəs bilir ki, Natiq Ədilovun qardaşı konkret cinayət əməlinə görə həbs olunub. Həmin cinayətdə N.Ədilovu özünün də iştirakı var. Elə bu səbəbdən də yalançı kampaniyaları işə salaraq, aradan çıxmağı qərarlaşdırıb.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransada yaşamaq qərarına gəlməsinə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Unikal"da münasibət bildirib. Onun fikirlərini təqdim edirik: " Bu gündən məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq. Bütün günü gənclərin başını xarab edib "bu yaxınlarda hakmiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik" deyən adamın səsi Fransadan gəlir. Budur bunların riyakarlığı. Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardılar! Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb öz siyasətlərinin qurbanına çevirənlərin iç üzləri açılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakmiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var: 1. Yaxşı qiymətə satılmaq. 2. Xaricə informasiya verib (əvvəllər buna işverənlik deyirdilər) və oradan gələn sifarişləri yerinə yetirib dolanmaq. 3. Xaricdə yaxşı yaşamağın yolu. Kərimlinin təsirinə düşən gənclər başa düşməlidilər ki, bu adamlar ancaq öz həyat şəraitini yaxşılaşdırmaq üçün "radikal müxalifət" libası geyinirlər. Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını- Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiq və s. şəxsləri Fransada yaşamasını təşkil edir. Maraqlıdır niyə bunlar Fransaya gedirlər? Hər kəs bilir ki Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Və Fransa dövləti də hər zaman Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvüləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək şəraitdə yaşmasını təbii qarşılamalıyıq. Bu Əli Kərimlinin əsl simasını göstərən faktlardan biridir".
Məsələylə bağlı "Unikal"a açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşünas Mehman Muradlı deyib ki, AXCP üzvlərinin əksəriyyəti xaricə qaçmaq üçün partiyaya üzvü olublar. Onun sözlərinə görə, Natiq Ədilov da həmin siyahıdadır: "İllərdir ki, onlar siyasi mübarizə deyil, maddiyyat mübarizəsi aparıblar. Belə olmasaydı, əllərinə düşən ilk imkandan yararlanmazdılar. Natiqin də apardığı "siyasi mübarizə" Parisə kimiymiş. Əslində, natiqkimilərin Azərbaycanı tərk etməsi yaxşı haldı. Onlar neçə illərdi aldıqları qrandlarla başlarını dolandırıblar. İndi vəziyyət dəyişdiyindən məcbur olub qaçırlar. Çünki satqınlığın bir sonu olduğunu çox yaxşı bilirlər".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34