Meriya Milli Şuranın
mitinqinə icazə verdi, amma…
Müxalifət düşərgəsi bu aksiyada
iştirak etməyəcək, Əli Kərimli
yenə meydanda tək qalacaq
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, BŞİH mitinqin aprelin 5-də saat 15:00-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib. Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur.
"Unikal"ın məlumatına görə, Milli Şura bütün siyasi qüvvələrin mitinqdə iştirak etməsində problem görmür. Belə ki, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev aksiyada siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin iştirak edə biləcəyini vurğulayıb: "5 aprel mitinqi ilə bağlı Milli Şura tərəfindən əlahiddə olaraq hər hansı siyasi partiyaya adlı müraciət edilməyib. Bu isə onunla əlaqədardır ki, mitinq sosial tələblərlə bağlı keçiriləcək. 21 fevralda manatın devalvasiyasından sonra yaranmış bahalaşma, sosial vəziyyətin ağırlaşması ilə bağlıdır. Bizim həm mart, həm də 5 aprel mitinqi ilə bağlı xalqa müraciətlərimiz olub. Biz həmin müraciətlərdə insanları siyasi mənsubiyyətindən asılı olmayaraq, bu yanlış idarəetməyə, mövcud sosial-iqtisadi duruma etiraz etməyə çağırmışıq. Bir sözlə, Milli Şuranın aksiyası siyasi partiya üzvü olan və ya olmayan hər kəsə açıqdır".
Bu barədə "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orcuov da deyib ki, təmsilçisi olduğu partiya Milli Şuranın mitinqinə qoşlmayacaq: "AMİP partiya olaraq Milli Şuranın ötən mitinqinə də qoşulmadı. Lakin üzvlərə sərbəstlik imkanı verildiyindən mən də daxil olmaqla xeyli sayda AMİP-çi bu etiraz aksiyasında iştirak etdik. Bildiyim qədər AMİP partiya olaraq 5 apreldə keçiriləcək etiraz aksiyasında da iştirak etməyəcək.Bununla belə üzvlərin Konstitusion hüqularına da məhdudiyyətlər qoyulmayacaq. Məncə, fərdi qaydada qatılanlar olacaq. Mənim özüm yenə də həmin mitiqdə iştirak etmək fikrindəyəm".
Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuranın aprelin 5-də keçirəcəyi mitinqə qatılmayacaq. Müsavatın Divan üzvü Osman Kazımov açıqlamasında partiyanın Milli Şuranın mitinqində iştirakla bağlı qərar vermədiyini bildirib. O qeyd edib ki, mitinqdə Müsavat üzvləri fərdi şəkildə qatıla bilərlər: "Bu məsələ partiya üzvlərinin öz ixtiyarına buraxılıb".
KXCP sədrinin müavini Xəzər Teyyublu da açıqlamasında mitinqə qatılmayacaqlarını deyib: "Milli Şura mitinqlə bağlı KXCP-yə müraciət etməyib. Ona görə də bu məsələ partiyada müzakirə olunmayıb".
Qeyd edək ki, Milli Şura aprelin 5-də keçmiş "Məhsul" stadionunda qiymət artımına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirəcək.
Açıqlamalar da onu göstərir ki, Əli Kərpimli yenə meydanda tək qalacaq. Çünki özünə hörmət edən heç bir siyasi təşkilat xarici qüvvələrin maşasına çevrilən bir qüvvənin təşkil etdiyi aksiyaya qoşulmaz.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15