Çexiya səfiri: "Gəncənin infrastruktur layihələrində iştirak etmək niyyətimiz var"
11:39 10-04-2015
CƏMİYYƏT
Çexiya səfiri: "Gəncənin
infrastruktur layihələrində iştirak etmək niyyətimiz var"
Bu ilin sentyabr ayında Çexiya prezidenti Azərbaycana rəsmi səfərə gələcək. Bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Gəncəyə səfəri zamanı deyib.
Səfər çərçivəsində diplomat Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə iki ölkənin inkişaf etməkdə olan iqtisadi və mədəni əlaqələri çərçivəsində regionlararası əməkdaşlıq məsələləri müzakirə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ölkədə, xüsusən də Gəncədə reallaşdırılan infrastruktur layihələr barədə məlumat verib.
V. Pivonka Azərbaycan regionlarına ilk dəfə səfər etdiyini bildirib. "İki il öncə Gəncə ilə Çexiyanın Olomuts şəhəri qardaşlaşma protokolu imzalayıblar. Bu gün keçirilən görüşümüzdə bu çərçivədə, həmçinin digər sahələrdə əməkdaşlıq haqqında söhbət aparıldı. Biz istəyirik ki, iqtisadi sahədə, habelə təhsildə universitetlər arasında əlaqələr vasitəsilə birgə imkanları genişləndirək. Həmçinin Gəncənin infrastruktur layihələrində iştirak etmək niyyətimiz var", - deyə diplomat bildirib.
Səfir qeyd edib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha sıx iqtisadi əlaqəsi ilə seçilir. Ölkəsinin enerji potensialının 30 faizinin məhz Azərbaycan nefti hesabına formalaşdığını qeyd edən V. Pivonka ölkələrimiz arasında birgə layihələrin dəyərinin 2 milyard dolları keçdiyini deyib.
Qeyd edək ki, Çexiya səfiri sabah Goranboy rayonuna səfər edəcək.
Deputatdan təəssüf dolu AÇIQLAMA
"Bizim də bəxtimizə belə Minsk Qrupu düşüb"
"ATƏT-in faktaraşdırıcı missiyası nə fakt araşdıracaq ki?! Fakt göz qabağındadır".
Bunu açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin süni məskunlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
ATƏT PA-nın azərbaycanlı üzvü bildirib ki, ATƏT-in Minsk qrupunun üzvlərinin regiona səfəri gəzinti xarakteri daşıyır.
"1996-cı ildən ATƏT PA-nın üzvüyəm. Demək olar ki, ATƏT PA-nın işini özümə görə yaxşı bilirəm.
Eyni zamanda, ATƏT–in Minsk qrupunun olmasının əleyhinə deyiləm. Dediyim odur ki, onlar regiona turisrt kimi gəlib getməsinlər, iş görsünlər. ATƏT-in Minsk qrupunun sədri ildə bir dəfə dəyişir. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib. 1 milyondan artıq qaçqınımız var.
O zaman faktaraşdırıcı missiya nə araşdırır?! Demək istədiyim odur ki, bunlar heç bir iş görə bilmir. Rusiya, Fransa Amerika kimi böyük ölkələrin nümayəndələridirlər. Bu dövlətlərin həmsədrləri bir iş görməlidirlər axı! Ortada heç nə yoxdur. Həmsədrlərin bir sözü var. "Ermənistan-Azərbaycan prezidentləri öz aralarında siyasi iradə tapsınlar, məsələni həll etsinlər, biz razıyıq".
Məsələni həll edə bilsəydilər siz nəyə lazım idiniz?! Görünür, bizim də qismətimizə ATƏT–in belə Minsk qrupu düşüb".
Eldar İbrahimov həmçinin zaman-zaman Dağlıq Qarabağa yerləşdirilən və orada məskunlaşdırılan erməni məsələsinə də toxunaraq faktaraşdırıcı missiyanın işini sərt tənqid edib. "Əgər ATƏT-in faktaraşdırıcı missiyası işini yerinə yetirsə Dağlıq Qarabağdakı seperatçı rejimə deməlidir ki, bu torpaqlardan çıx.
Bura sizin torpaq deyil axı! Ermənistan tərəfi yaxşı dərk edir ki, bu məskunlaşmanın axırı yoxdur. Torpaqlarımızı sülh yolu ilə azad edə bilməsək, hərbi yolla məsələni həll etməyə potensialımız var. Bunu düşmən tərəfə ATƏT–in faktaraşdırıcı missiyası başa salmalıdır, amma başa salmır. Ona görə də nə faktaraşdırıcı adını qoyub missiya keçirir?! Bu nə deməkdir?! Hansı faktı araşdırır?! Konkret olaraq, ATƏT-in Minsk qrupu birtərəfli iş görür. Yenə Azərbaycana qarşı ikili standart, ədalətsiz mövqe və Ermənistanı əzizləmək, onların çaldığı hava ilə hərəkət etdiklərinin şahidiyik".
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00