Pənah Hüseyn hakimiyyətə yarınmağa çalışır
11:40 10-04-2015
CƏMİYYƏT
Pənah Hüseyn hakimiyyətə yarınmağa çalışır
Xalq Partiyasının sədri iqtidarla müxalifət arasındakı dialoqdan qazanc əldə etmək istəyir
Bir müddət öncə baş tutan iqtidar-müxalifət dialoqunun davam etdirilməsi hələ də gündəmdədir.Ancaq Prezident Administrasiyasının nümayəndələrinin siyasi partiya rəhbərləri ilə növbəti görüşünün nə vaxt baş tutacağı hələ bəlli deyil.
"Unikal"ın məlumatına görə, fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən görüşdə Prezident Administrasiyasının təşkilatçılığı ilə hər iki aydan bir görüşlərin keçirilməsi razılaşdırılıb. Buna baxmayaraq hələ görüşün keçiriləcəyi ilə bağlı siyasi partiyalara məlumat verilməyib.
Maraqlı məqamlardan biri də odur ki, Xalq Partiyasının sədri Pənah Hüseyn bu məsələdə xüsusi canfəşanlıq göstərir. Belə ki, dialoqun davam etdirilməsinin zəruri olduğunu müntəzəm olaraq, vurğulaması Pənah Hüseynin bu prosesdə maraqlarının olduğunu göstərir. Pənah Hüseyn deyib ki, 8 siyasi partiya apreldə keçirilməsi nəzərdə tutulmuş görüşdə müzakirə ediləcək məsələlərlə bağlı Prezident Administrasiyasına təkliflərini göndərib."Biz bu görüşdə 2015-ci il parlament seçkiləri ilə bağlı seçki islahatı, o cümlədən proporsional seçki sisteminin bərpa olunması, "Seçki Məcəlləsi"nə dəyişikliklər, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və siyasi məhbus məsələlərinin müzakirəsi ilə bağlı təkliflər vermişik", o qeyd edib.
Xatırladaq ki, fevralın 12-də siyasi partiyalarla görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bundan sonra hər iki aydan bir görüş keçiriləcək. "Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik". Həsənovun sözlərinə görə, növbəti görüşlərin formatı da razılaşdırılıb. "Əlbəttə, biz siyasi partiyalar arasına ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər", Həsənov qeyd edib. Öz növbəsində, Prezident Adminsitrasiyasından görüşün baş tutub-tutmayacağı ilə bağlı şərh almaq hələ mümkün olmayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Pənah Hüseyn bu prosesdə önə çıxmaqla hələlik süst mövqedə olan müxalifətin əsas sözçülərindən birinə çevrilmək istəyir. Yəni, indi həm müxalifət, həm də iqtidara yaxın olaraq, ortaq mövqe sərgiləyir ki, zamanı gələndə araçı rolunu oynasın. Sözsüz ki, bu rolu ifadə edə bilsə, hədiyyəsini də alacaq.
Qərib Gərazadə
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00