İqtidar-müxalifət dialoquna ara verilib
07:57 21-04-2015
CƏMİYYƏT
İqtidar-müxalifət dialoquna ara verilib
Sərdar Cəlaloğlu deyir ki, müxalifət tərəfi görüşü davam etdirmək üçün Prezident Administrasiyasından xəbər gözləyir
Neçə müddətdir ki, hakimiyyətlə müxalifət partiyalarının dialoquna ara verilib. Bu barədə "Unikal"a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hazırda qarşı tərəfdən cavab gözlədiklərini bildirib.
Onun sözlərinə görə, bütün məsələlərin hamısı Prezident Administrasiyası tərəfində həyata keçirilməlidir: "Əslində, növbəti görüşlə bağlı sualların hamısı da Prezident Administrasiyasına yönəlməlidir. Onlar nə zaman məsləhət bilsələr, o zaman da görüş olacaq. Yəni, qərarı onlar verir, biz yox.Burada başqa bir məsələ var. Biz təklif elədik ki, hər iki tərəfin iştirakı ilə komissiya yaradılsın və görüşöncəsi məsələləri, müxtəlif detalları həmin komissiya həyata keçirsin. Lakin görüşdə iştirak edən digər partiyalar nədənsə belə hesab elədilər ki, tədbirin təşilatçılığı ancaq iqtidarın öhdəsinə buraxılsın. Ona görə də bizim orda söz demək hüququmuz yoxdur. Düzü, hökumət tərəfi bu missiyanı xüsusi olaraq öz üzərinə götürmək istəmirdi. Sadəcə olaraq, görüşdə iştirak edən prtiyaların əksəriyyəti bu təkliflə çıxış etdi deyə, belə bir qərar qəbul olundu. Burda bir tərəf o biri tərəfi özünə tabe elətdirmir. Məsələn, hakimiyyət AXCP-ni də, Müsavatı da dəvət elədi, amma onlar gəlmədilər. İndi buna görə iqtidarı ittiham eləmək olmaz. Yəni, bu məsələ iki tərəfin razılğı ilə müəyyənləşib. Bir də ki, müzakirələr hər iki tərəfin razılığı ilə baş tutanda nəticə verir. Əgər müzakirələr yalnız bir tərəfin diqtəsi ilə baş tutursa, o zaman həmin tərəflərin birinin digərinin iradəsinə tabe olması ilə nəticələnəcək".
ADP sədri onu da qeyd edib ki, hökumətin işi-gücü yalnız iqtidar-müxalifət dialoqu ilə məşğul deyil, hökumətin o qədər işi var. Ona görə də S.Cəlaloğlu hesab edir ki, əvvəlcə özümüz bütün səlahiyyəti iqtidara veririk, indi də duraq deyək ki, niyə görüş keçirmirsiz, niyə filan addım atmırsız: "Onda da adama deyərlər ki, əvvəlcə belə deyirdin, indi də elə danışırsan. Bizim müxalifət əvvəlcə özünü çıxılmaz vəziyyətə salır, sonra da o vəziyyətdən çıxmaq üçün yollar axtarır. Yəni, öz dilimizlə özümzü ilişdirmişik. İqtidar da deyir ki, əgər sizin razılığınızla qərarı mən verməliyəmsə, onda gözləyin".
AXCP ilə Müsavatın müəyyən dərəcədə haqlı olmalarına gəlincə, ADP sədri "Görüşə gəlməyən haqlı oldu, gələn haqsız duruma düşdü kimi, yanaşma yanlışdır. Biz bu təşəbbüslə çıxış etdik, qarşı tərər müsbət cavab verdi. Bu prosesdə iştirak edərək gördük ki, hökumət həqiqətən də dialoq istəyir, hansısa dmokratik prosedurlar tapmağa cəhd göstərir.İndi hökumət növbəti addımı atmırsa, dərhal bundan nətic çıxara bilmərik ki, hökumət yanlışdır, AXCP ilə Müsavat düzgün mövqedəymişlər. İqtidar-müxalifət dialoqlarının bəhrə verməsi, onun ciddi siyasi prosesə çevrilməsi illərlə davam edən məsələdir. Məsələn, Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında dialoq yolu ilə həll olunur. Artıq neçə ildir ki, bu dialoq gedir, amma Qarabağ cəbhəsində heç bir yenilik yoxdur. Bunu əsas götürsək, onda gərək deyək ki, Qarabağla bağlı aparılan dialoq yanlışdır və bunun əleyhinə çıxan qüvvələr tamamilə düzgün düşünürlər. Amma mən elə bilirəm ki, bu gün heç kəs Qarabağ münaqişəsinin həllində alternativ yol görmür. Dünya təcrübəsindəki digər hadisələr də göstərir ki, bu cür dialoqlar nə qədər nəticəsiz də olsa, onların gündəmdə qalması və işlək mexanizmə çevrilməsi problemlərin bütünlükdə dinc həll edilməsinin yeganə yoludur. Ona görə də mən iqtidar-müxalifət dialoqu ilə bağlı tələsik hökm çıxarılmasının qəti əleyhinəyəm, - deyə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43