Politoloq: "İlk Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsinə heç kimin şübhəsi olmasın"
07:59 21-04-2015
CƏMİYYƏT
Politoloq: "İlk Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsinə heç kimin şübhəsi olmasın"
"Düşünürəm ki, bu gün hüquq-mühafizə orqanları ilk Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsinə tam hazırdır".
Bu barədə siyasi ekspert Arzu Nağıyev deyib.
A.Nağıyev vurğulayb ki, ilkin məlumatlara görə, ilk Avropa Oyunlarında 49 ölkənin təmsilçiləri olan 6 mindən çox idmançı bu tədbirdə iştirak edəcək: "Həmin idmançılar ilə birgə bu Oyunları izləməyə gələcək çoxlu sayda turistlərin axını da gözlənilir. Bütün idmançıların və turistlərin yerləşdirilməsi böyük zəhmət tələb edir. Eyni zamanda həmin idmançıların təhlükəsizliyinin təmin edilməsi, regionda baş verən hadisələri nəzərə alaraq təhlükəsizlik məsələlərinin həlli vacib işlərdən biridir".
A.Nağıyev bildirib ki, bu günə qədər Azərbaycan bir neçə böyük beynəlxalq tədbirə ev sahibliyi edib: "Buna görə, Azərbaycanın təhlükəsizlik baxımından təcrübəsi var. "Eurovision" mahnı müsabiqəsi zamanı da lazımi təhlükəsizlik tədbirləri həyata keçirildi və bu tədbir yüksək səviyyədə baş tutdu. Düşünürəm ki, bu gün hüquq-mühafizə orqanları ilk Avropa Oyunlarının keçirilməsinə də hazırdır. Eyni zamanda, müvafiq işlərin görülməsi davam etdirilir".
A.Nağıyev təhlükəsizlik baxımından həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin də yarada biləcəyi problemlərə toxunub:
"Məlumdur ki, regionda Dağlıq Qarabağ problemi hələ də həllini tapmayıb. Tapmaq istiqamətində də ermənilər müvafiq addımlar atmır. Bu baxımdan Avropa Oyunları zamanı cəbhə xəttində ermənilər tərəfindən təxribatların törədilməsi də istisna edilmir. Ona görə də, bütün hüquq-mühafizə orqanları ilə yanaşı Silahlı Qüvvələr, Daxili Qoşun hissələri, ümumiyyətlə, hərbi birləşmələrinin hamısı bu tədbirin keçirilməsi üçün yüksək hazırlıq səviyyəsinə gətiriləcək. Yəni post patrul xidmətindən tutmuş Milli Ordunun və digər hərbi birləşmələrin iştirakı ilə bu tədbirin təhlükəsizlik məsələləri yüksək səviyyədə həyata keçiriləcək. Buna heç kimin şübhəsi olmasın".
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03