Rusiya prezidenti Ermənistana gedəcək
08:01 21-04-2015
CƏMİYYƏT
Rusiya prezidenti Ermənistana gedəcək
Rəfail Becanov: "Ola bilər ki, Rusiya prezidenti son anda səfərdən imtina etsin"
Rusiya prezidenti Vladimir Putin uydurma "erməni soyqırımı"nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 24-də Ermənistana səfər edəcək.Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında həyata keçiriləcək."Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub.
Görüşdə prezidentlər iki ölkə arasında gündəmdə olan məsələləri, regional və beynəlxalq mövzuları müzakirə edəcəklər", - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edək ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan təntənəli tədbir keçiriləcək. Rusiyanı həmin tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək. Amma məsələ bununla tamamlanmır. Artıq məlumdur ki, Fransa prezidenti də daxil olmaqla Avropadan xeyli sayda rəsmi şəxs həmin vaxt Ermənistana gedəcək. Əskər ekspertlər hesab edir ki, erməni "soyqırı"mının yüz illiyi ilə bağlı bəzi qüvvələrin aktivləşməsi Türkiyə və Azərbaycanı məcbur edəcək ki, xarici siyasətinə yenidən baxsın. Hətta bununla bağlı prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, Avropa Parlamentinin erməni "soyqırım"ını tanımasına görə bu təşkilatla əlaqələrə yenidən baxılacaq. Maraqlıdır, bəs ermənilərin bu aktivliyi bütünlüklə onların qələbəsi deyilmi və buna cavab olaraq Azərbaycan və Türkiyə hansı addımları atmalıdır? Bununla bağlı "Unikal"a açıqlama verən İnsan Hüquqları və Maariçilik İctimai Birliyinin sədri, jurnalsit Rəfail Becanov bildirdi ki, bunu ermənilərin qalibiyyəti hesab etmək düzgün deyil.O , Rusiyanın addımına gəldikdə isə bunları bildirdi:" Bu, Putinin seçimidir. Ermənistan Rusiya üçün əhəmiyyətli olsa da, istənilən zaman Rusiya ona qarşı, onun istəyinə qarşı addımlar ata bilər. Putinin bu seçiminin isə bir çox siyasi səbəbləri vardır. Hətta ola bilər ki, Rusiya prezidenti son anda səfərdən imtina etsin. Bu da bir ehtimaldır. İndidən informasiya yayılır, sonda isə Türkiyə ilə münasibətlər nəzərə alınır və Putin özü yox, tutaq ki, Medvedev yaxud Matvienko Ermənistana gedir. Amma bu o qədər də gözlənilən hadisə deyil. Təbii ki, Rusiya üçün həm Ermənistan, həm də Türkiyə xüsusi əhəmiyyətli ölkələrdir. Birincisi, hər kəs bilir ki, Ermənistan Rusiyanın "forpost"udur. Bu gün Cənubi Qafqazda, sabah bütünlükdə sərhəd regionlarında Rusiyanın maraqlarının tək təminatçısıdır. İkincisi, Ermənistanda siyasi sabitlik yoxdur. Gümrü hadisələri Rusiya-Ermənistan münasibətlərinə ciddi təsir edib. Nəticədə Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin bu şəkildə inkişafına birmənalı münasibət yoxdur. Vəziyyət istənilən zaman nəzarətdən çıxa, Sarkisyanın xunta rejimi devrilə bilər. Bu isə indiki siyasi durumda Rusiyaya sərf etmir. Ona görə də Rusiya Ermənistanda özünə sərf edən sakitliyin və cinayətkar rejimin hakimiyyətinin hələ davam etməsində maraqlıdır. Bunu nəzərə alaraq, Putin belə bir addıma gedir. Digər tərəfdən isə Ermənistan Avrasiya İttifaqının de-yure üzvü olsa da, qurumun tədbirlərinə dəvət olunmur. Bu da qarşı tərəfdə qıcıq yaradır. Bunları aradan qaldırmaq üçün Putin bu addımı atır. Eyni zamanda Putinin bu addımı Türkiyə- Ukrayna münasibətlərinə, prezident Ərdoğanın Ukraynaya səfəri, Krımı Ukrayna ərzaisi kimi tanımasına da bir cavab sayılmalıdır. Bütün bunlarla bərabər Rusiya Türkiyənin də maraqlarını nəzərə almaq düşüncəsindədir və Dövlət Dumasının sədri Narışkinin Türkiyədə düzənlənəcək Çanaqqala zəfərinə qatılacağı gözlənilir. Bununla Putin Türkiyənin də maraqlarını qorumaq istəyir. Rusiya rəsmiləri tərəfindən Azərbaycanla bağlı da müsbət bəyanatların səslənməsi də Putinin Ermənistana qarşı bu jesti etməsi səbəblərindəndir.
Bütün arqumentlərə rəğmən, bu, Rusiyanın dəyişməyən mövqeyidir. Hesab edirəm ki, Türkiyə də, Azərbaycan da strateji anlamda bu məsələni daim diqqətdə saxlamalıdır. Rusiya yaxın qonşumuzdur, dünyanın çox böyük iqtisadi bazarlarından biridir. İstər Türkiyənin, istər Azərbaycanın Rusiya ilə qarşılıqlı əmək, turizm bazarı vardır. Onunla əməkdaşlıq etmək olar, amma bir komandada meydana çıxmaq olmaz. İstənilən zaman öz maraqlarını hamıdan üstün tutacaq".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03