Eldar
Eldar Mahmudov: "Avropa Oyunları ilə əlaqədar Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilib"

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi təntənəli qeyd olunub

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov bildirib ki,2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenalarının və komplekslərinin açıldığını, mövcud idman obyektlərinın əsaslı təmir edildiyini və infrastrukturun daha da genişləndirildiyini bildirib.

Nazir Eldar Mahmudov sağlamlığın, fiziki və döyüş hazırlığının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşəkar fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını, bu sahəyə diqqətin xeyli artırıldığını qeyd etmişdir:" Bu işin daha məqsədyönlü təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 aprel 2010-cu il tarixdə imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzi yaradılmışdır. Milli təhlükəsizlik orqanlarının əməkdaşları olan idmançılarımızın uğurları ildən-ilə artır. Onların həm respublika səviyyəli, həm də beynəlxalq yarışlarda qazandıqları medallar hamımızı sevindirir.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları son on ildə müxtəlif yarışlarda ümumilikdə 47 qızıl, 42 gümüş və 33 bürünc medal qazanmışlar. Bütün turnirlərdə, eləcə də, İdman və Sağlamlıq Mərkəzində idmanın müxtəlif növləri üzrə yarışların təşkilində Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin dəstəyini biz yüksək qiymətləndiririk. İnanırıq ki, gənclərimiz bütün qüvvə və imkanlarını səfərbər edəcək, Azərbaycanın hərtərəfli tərəqqisi naminə əzmlə çalışacaqlar. Həm təhsildə, əməliyyat-xidməti fəaliyyətdə, həm də idman sahəsində yeni uğurlar qazanacaqlar".