"Unikal"ın xəbəri təsdiqləndi
11:10 22-04-2015
CƏMİYYƏT
"Unikal"ın xəbəri təsdiqləndi
Fazil Talıbov: "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Hesablama Palatasının yoxlama aparması həqiqətdir"
Xəbər verdiyimiz kimi, "Unikal" qəzetinin son sayında Hesablama Palatasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlama aparması ilə bağlı manşet yazısı dərc olunub.
Sözügedən məqalədə qeyd olunur ki, Hesablama Palatası yoxlamanı genişləndirdiyi bir ərəfədə komitə sədri Ramiz Həsənova "xüsusi yaxınlığı" ilə tanınan Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun əndişəsi daha da artıb. Bundan əlavə, xidmət rəisi ilə bağlı bir sıra ilginc məqamlara da toxunulub.
Məsələylə bağlı rəsmi münasibət öyrəndik. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov "Unikal"a aşıqlamasında Hesablama Palatasının təftiş xəbərini təsdiqləyib. Onun sözlərinə görə, Hesablama Palatasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlama aparması həqiqətdir.
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovla bağlı məqamlara gəlincə, F.Talıbov "Əbülfət İmanov yaxşı işləyir", - cavabını verib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03