11 milyonluq radar cəriməsi olan məmurlara qarşı plan
11:11 22-04-2015
CƏMİYYƏT
11 milyonluq radar cəriməsi olan məmurlara qarşı plan
Hüquqşünas İlqar Altay: "Milyonlar civarına qalxmış radar cərimələri qeyd-şərtsiz dövlətin budcəsinə odənməlidir"
Son dövrlər yol hərəkəti qaydaları ilə bağlı məsələlərə xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin də bəzi harınlamış məmur və onların övladları ilə bağlı xəbərdarlığı buna ümumi diqqət ayrılmasını zəruri edib.
"Unikal"ın məlumatına görə, Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında ödənilməyən cərimələrlə bağlı müvafiq tapşırıqlar verilib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, ödənilməyən cərimələrin ümumilikdə 11 milyon manat olması haqda yayılan məlumatlar real deiyl: "Kollegiya iclasında ödənilməyən cərimə məbləğlərinin ödətdirilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıq verilib. Ödənməyən cərimə borcları 2 formadadır. Konkret qayda pozuntusu ilə bağlı elektron protokol yazılır, protokolda müvafiq cərimə məbləği də göstərilir. Amma müvafiq qərar çıxarılmayıb. Qərarın çıxarılmaması faktiki olaraq protokolun vətəndaşa təqdim edilməməsi ilə bağlı olur. Belədə qərar vermək mümkün olmur və müvafiq olaraq cərimənin ödənməsi də reallaşdırılmır. Belə hallar da var ki, protokol yazılıb, qərar çıxarılıb, amma vətəndaş cəriməni ödəməyib. Ödənməyən cərimənin üzərinə dəbbə pulu da gəlir. Qərar çıxarılıbsa, vətəndaş həmin cəriməni ödəməlidir. Üstündən illər keçsə də, cərimə borc olaraq qalır. İnzibati xəta aşkarlanıbsa, protokolu vətəndaşa təqdim etmək mümkün olmayıbsa və müvafiq olaraq qərar çıxarılmayıbsa, həmin məbləğ də cərimə kimi hesaba alına bilər".
K.Əliyev deyib ki, əgər vətəndaşı 1 il ərzində müəyyən edib protokolu ona təqdim etmək mümkün olmursa, bu halda inzibati xətaya xitam verilir: "Əgər protokol vətəndaşa təqdim olunursa və 10 gün müddətində cərimə ödənilmirsə, cərimənin üzərinə dəbbə pulu gəlir. 2 ay müddətinə cərimə ödənilmirsə, avtomobilin saxlanılaraq duracağa aparılması təmin edilir. 3 aya cərimə ödənilmirsə, vətəndaşın sürücülük hüququ məhdudlaşdırılır". K.Əliyev deyib ki, təkcə fiziki şəxslərlə bağlı deyil, hüquqi şəxslərlə bağlı da müvafiq göstəriş verilib:"Cənab nazir fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq əgər qayda pozubsa, məsuliyyətə cəlb olunması və çıxarılan qərar üzrə cərimənin ödənməsinin təmin edilməsi haqda göstəriş verib".
Qeyd edək ki, aprelin 16-da Daxili İşlər Nazirliyində "Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi"nin və "I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
"Unikal"ın məlumatına görə, bir neçə gün öncə Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət etmişdi. Buna səbəb kimi radarlardan yığılan pulların fantastik həddə çatması göstərilirdi. Belə ki, hazırda bu məbləğin nə az, nə çox düz 11 milyon manat təşkil etdiyi deyilir. Nazirə xəbər verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radarı var. Bunların arasında nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınların da olduğu bildirilir. Nazirə verilən bu informasiya onu narahat edib. Ramil Usubov öz əməkdaşlarına artıq əməli işə keçmək tapşırığını verib. Bu problemin kökündən həll edilməsi üçün öncə radarların çoxluq təşkil etdiyi nazirliklərə müraciət edilib. Ünvanlanan müraciətdə nazirlərdən xahiş olunub ki, o, öz işçilərinin avtomobillərinin və xidməti maşınlarının radarlarının ödənilməsi prosesini həyata keçirsin.
Məsələylə bağlı "Unikal"a açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib ki, yol hərəkəti qaydalarının pozuntusu inzibati xəta hesab olunur. Onun sözlərinə görə, buna görə cəza növu kimi cərimə tətbiqi qəza hadisələrini qabaqlayıcı tədbir kimi istifadə edilir: "Bu tətbiq də konkret qanunvericiliyə əsaslanır. Qanun qarşısında isə hamı bərabər olmalıdır, o cumlədən də vəzifəli şəxslər.Həmin milyonlar civarına qalxmış radar cərimələri qeyd-şərtsiz dövlətin budcəsinə odənməlidir. Özu də bir halda ki, bu məsələ ictimailəşib, daha qəti addımlar atılmalıdır. Burada bir məntiqli sual yaranır ki, necə olub ki, sadə vətəndaşın 200-300 manat radar borcu olarsa, ona saxlanma verilib maşını həbs edilir, məcburi ödəniş etdirilir, amma neçə ildir milyonlar yıgılıb qalıb və tədbir görulməyib. Ona görə də məsələyə qısa müddətdə aydınlıq gətirilməlidir".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03