Pənah Hüseyn hərəkətə keçib
05:27 23-04-2015
CƏMİYYƏT
Pənah Hüseyn hərəkətə keçib
Xalq Partiyasının sədri mandat almaq üçün dəridən qabıqdan çıxır
Məlum olduğu kimi,qarşıdan gələn parlament seçkilərinə müxalifət pərakəndə şəkildə gedir. Amma bir neçə partiya vahid mövqeyə gələ bilib. Onlar da seçkidə iştirak etmək qərarını veriblər.
"Unikal"ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, "Azadlıq-2015" seçki blokuna daxil olan səkkiz partiya sədrinin əksəriyyəti parlament seçkilərində iştirak qərarı verib. O, hazırda blokun seçki qərargahının Sədrlər Şurası ilə birlikdə ayrı-ayrı partiyaların dairələr üzrə təqdim etdiyi namizədləri müəyyənləşdirdiyini bildirib: "Dairələrdə bu namizədlərin şanslarının olub-olmaması aydınlaşdırılır. Əgər bir dairədən bir neçə namizəd varsa, onda hansının daha çox şanslı olması müəyyən edilir". AXP sədri deputatlığa namizədliyini irəli sürəcəyini də açıqlayıb: "Hansı dairədən namizədliyimi irəli sürəcəyim barədə qərarı yaxın günlərdə açıqlayacağam".
Əldə etdiyimiz məlumata görə, Pənah Hüseyn müəyyən dairələrdən tapşırıq alıb ki, radikal müxalifət düşərgəsinin bəzi qüvvələrini bir araya gətirsin. Hələlik o missiyasını tam başa vurmayıb. Yəni, Azadlıq 2015 blokunda yalnız 8 partiyanı bir araya gətirməyə müvəffəq olub. Amma onun bir missiyasını baş tutmuş saymaq olar. Belə ki, Pənah Hüseyn müəyyən tapşırıq əsasında bir qrup partiyanı hakimiyyətlə dialoqa apardı.
"Unikal"ı məlumatlandıran şəxsin sözlərinə görə, Pənah Hüseynin bütün bu oyunları payızda keçiriləcək parlament seçkilərində nəsə əldə etməkdir. "Onun çalışdığı odur ki, növbəti dəfə parlamentə düşsün. Ona görə də dəridən qabıqdan çıxır ki, müxalifətin öndə gedən simalarından biri kimi gözə girsin. Hətta o bu istəyinə çatmaq üçün milli maraqlara zidd addımlar da atmaqdan çəkinmir. Bu günə kimi bir səngərdə vuruşduğu döyüş yoldaşlarından ayrılaraq fərqli taktika tutması da buna əyani sübutdur. Görünən odur ki, Pənah Hüseyn parlamentə doğru gedən yolda hər şeyə razıdır, təki mandat qazana bilsin", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03