Sergey Balmasov: "Azərbaycanı İŞİD-lə müharibəyə qoşmaq istəyirlər"
05:29 23-04-2015
CƏMİYYƏT
Sergey Balmasov: "Azərbaycanı İŞİD-lə müharibəyə qoşmaq istəyirlər"
"Səhnəarxası güclər Azərbaycan və Rusiyanı İŞİD-ə qarşı müharibəyə qoşmaq istəyir".
Bunu açıqlamasında Problemli Analiz Mərkəzinin (PAM) baş analitiki Sergey Balmasov deyib.
Onun sözlərinə görə, İŞİD-in qərargahını Qafqaza köçürməsi haqda informasiyaların yayılması bu kontekstdə diqqət çəkir: "Bu, növbəti variantlardan biri hesab oluna bilər. Həqiqətən də, İŞİD rəhbərliyi Qafqazı öz fəallığının növbəti məkanı kimi görmək istəyir. Bununla yanaşı, belə bir informasiya səhnəarxası güclərin manipulyasiyası da ola bilər. Yəni, belə manipulyasiyalarla onlar Azərbaycan və Rusiyanı İŞİD-ə qarşı müharibəyə qoşmağı düşünürlər".
S. Balmasov İŞİD-in Qafqaz regionunda aktivləşmə riskinin kifayət qədər böyük olduğunu da deyib.
"Rusiya üçün Şimali Qafqaz, Azərbaycan üçün isə radikal meyillərin çox olduğu rayonlar təhlükəlidir. Radikallar Rusiya və Cənubi Qafqazda gənclərin məşğulluğunun zəif olmasından yetərincə istifadə edə bilir. İŞİD-in təhlükə yaratdığı digər Qafqaz ölkəsi Gürcüstandır. Pravoslav Gürcüstanda bu qruplaşmanın sosial bazası məhdud olsa da, əhalinin çeçen qruplarında əvvəldən mövcud olan radikal əhvali-ruhiyyə İŞİD-in əsas hədəfi ola bilər", - deyə o bildirib.
S. Balmasov hesab edir ki, son vaxtlar "Əl-Qaidə" qruplaşmasından İŞİD-ə axının müşahidə olunması Qafqaz üçün təhlükəni daha da genişləndirir:
"Biz son vaxtlar "Əl-Qaidə"dən İŞİD-ə axını müşahidə edirik. Bu mənada, daha çox "Əl-Qaidə"yə bağlı olan "Qafqaz əmirliyi"nin İŞİD bayrağı altına keçməsi qanunauyğunluq olardı. Belə olacağı təqdirdə, onun resursları daha da genişlənəcək və təhlükə artacaq".
Komitə sədrinin müavini: "Azərbaycanda
qanunsuz fəaliyyət göstərən məscid bağlanıb"
Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb
Azərbaycanda "Aşıq Rza" adı ilə qanunsuz fəaliyyət göstərən məscid bağlanıb və bununla bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib. Sədr müavini bildirib ki, bir neçə gün əvvəl Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yerli hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində "Aşıq Rza" məscidi adlanan və qeyri-qanuni fəaliyyətlə məşğul olan ev aşkarlanıb: "Xüsusi mülkiyyət olan həmin evin altındakı yarı-zirzəmi ərazi süni şəkildə, aidiyyəti dövlət qurumlarının icazəsi olmadan, mövcud qanunvericiliyə zidd şəkildə məscidə çevrilib. Həmin ünvanda Dövlət Komitəsində qeydiyyata alınmış hər hansı dini icma bu günədək fəaliyyət göstərməyib. Hazırda qanunsuz məscidin fəaliyyəti dayandırılıb və müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə açıqlama veriləcək".
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24