Komitə sədri: "Maliyyə sektorunda artımı təmin etmək üçün monetar siyasətdə dəyişiklik zəruridir"
15:11 24-04-2015
CƏMİYYƏT
Komitə sədri: "Maliyyə sektorunda artımı təmin etmək üçün monetar siyasətdə dəyişiklik zəruridir"
2015-ci ilin 1-ci rübü ərzində dünyanın inkişaf etmiş iqtisadiyyatlarında maliyyə böhranının yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı özünün artım tempini qoruyub saxlayıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) verilən məlumata görə, bunu bu ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş kollegiya iclasında komitə sədri Rüfət Aslanlı deyib.
R. Aslanlı ölkə başçısı İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində cari ilin ilk rübündə qeyri-neft sektorunun ümumi daxili məhsulun əksər hissəsini təşkil etdiyini, inflyasiyanın aşağı səviyyədə olduğunu, eləcə də dövlət investisiya proqramlarının əhatə dairəsini daha da genişləndirdiyini vurğulayıb.
Bununla belə, komitə sədri bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi qlobal iqtisadiyyata çox sıx inteqrasiya olunmuş Azərbaycanın xarici valyuta gəlirlərinə təsir edib. Onun sözlərinə görə, ölkənin maliyyə sektorundakı fəaliyyətində fərqli aspektlər müşahidə olunur. Bunu əsas gətirən R. Aslanlı bu sferada artımın təmin olunması üçün monetar siyasətdə dəyişikliyin zəruri olduğunu qeyd edib.
Komitə sədri əlavə edib ki, ölkənin maliyyə sektorunda baş verən devalvasiya siyasətin kapital bazarlarındakı aktivliyə təsirsiz ötüşməyib. R. Aslanlı vurğulayıb ki, buna baxmayaraq bazardakı əməliyyatların sayında 22%-lik artımın müşahidə olunub. Amma investorların uzunmüddətli aktivlərə, bazarda likvidliyi təmin olunan korporativ istiqrazlara marağı azalıb. R. Aslanlı bazardakı törəmə alətlərin ticarətində artımın 4 mlrd. manatı üstələdiyini, cari ilin birinci rübündə bazardakı ticarətin 80%-ini təşkil etdiyini diqqətə çatdırıb. O, növbəti rübdə də bu proseslərin davam edəcəyinə ümid bəslədiyini və kapital bazarlarının dayanıqlılığının qorunması üçün lazım olan əlavə tədbirlərin mütəmadi diqqət mərkəzində saxlandığını qeyd edib.
Sədr Azərbaycan hökumətinin bütün sahələrdə olduğu kimi, maliyyə sferasında da uzunmüddətli proqnozlarının özünü doğrultduğunu, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin düzgün icrası nəticəsində dünya iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyaların ölkənin maliyyə bazarlarına az təsir göstərdiyini vurğulayıb.
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03