Nazir: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi, təəccüb doğuracaq qiymət artımı baş verməyib"
15:18 25-04-2015
CƏMİYYƏT
Nazir: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi, təəccüb doğuracaq qiymət artımı baş verməyib"
"İstehlakçılar normal qiymət artımlarını təbii qəbul etməlidir"
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan ərazisində böyük laboratoriyaların tikintisinə başlayıb.
Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Televiziyasının efirində deyib.
Kənd təsərrüfatı məhsullarının qiymətinin yüksək olduğunu deyən ekspertlərə müraciət edən nazirin deyib ki, bu məsələdə mütəxəssislər təhlillərini düzgün metodika üzərində qurmalıdır. "Məsələn, məhsulun mart ayı üzrə qiyməti ötən ayla müqayisə oluna bilməz. Təbii ki, hər mövsümün öz qiymət və şərtləri var. Ən yaxşı halda məhsulun cari ilin mart ayı üzrə qiyməti ötən ilin analoji dövrü ilə müqayisə oluna bilər".
H. Əsədov əlavə edib ki, təhlil metodologiyasında kənd təsərrüfatı məhsullarının maya dəyərini formalaşdıran amillər də nəzərə alınmalıdır. "Məsələn, texnikanın qiyməti artmaqda davam edir. Eynilə gübrələrin və yanacağın qiyməti də artmaqdadır. Təbii ki, bunlar da kənd təsərrüfatı məhsullarının maya dəyərində özünü büruzə verir, qiymət artımını sövq edir".
Nazir bildirib ki, müəyyən səbəblərdən kənd təsərrüfatı məhsullarının bahalaşması həmin məhsulların istehsal vasitələrinin (yanacaq, texnika, gübrə və s.) bahalaşmasından daha sürətlə baş verir, bununla da qiymət dispariteti yaranır.
"Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiymətlərinin çox aşağı salınması düzgün praktika deyil. Dövlət maksimum şəkildə qiymət disparitetini qarşılayır. Amma istehsalçıya mütləq şərait yaratmaq lazımdır ki, o gəlir əldə edib, növbəti il üçün investisiya imkanları qazansın. Ona görə, istehlakçılar da bu prosesdə iştirak etməlidir, normal qiymət artımlarını təbii qəbul etməlidir".
Nazir deyib ki, ümumilikdə Azərbaycanda əsas kənd təsərrüfatı məhsullarının qiymətində artımı baş verməyib. "Ötən il baş verən hadisələr fonunda Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətində ciddi, təəccüb doğuracaq qiymət artımı baş verməyib", - deyə nazir bildirib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15