Razi Nurullayev: "Sessiya gizli keçirildi"
07:43 28-04-2015
CƏMİYYƏT
Razi Nurullayev:
"Sessiya gizli keçirildi"
Bu, mənim üçün gizli şəkildə keçirilən sessiya oldu. Çünki əgər "Milli Şura" nın hər hansı bir üzvünə sessiyanın keçirilməsi ilə bağlı qəsdən xəbər verilmirsə, deməli gizli keçirilib". Bu fikirləri AXCP-nin sədrinin keçmiş müavini Razi Nurullayev Milli Şuranın sıralarından çıxarılması barədə açıqlama verərkən deyib.
Razi Nurullayev bildirib ki, sessiyaya dəvət olunsaydı qatılacaqdı: "Dəvət olunsaydım gedib sözümü çatdıracaqdım. Bu şəkildə mənim "Milli Şura" dan uzaqlaşdırılmağım bütün mənalarıyla qanuna zidd bir hərəkətdir. Mən özüm də çıxa bilərdim. Amma onların bu cür addım atacağını gözləyirdim ki, simaları üzə çıxsın. Demokratiyadan, insan haqlarından danışanların özləri belə bu anlayışı qavraya bilmirlər. Necə ola bilər ki, demokratiyanı əllərində bayraq edən kəslər üzvləri olmadan sessiya keçirə bildilər. Bu addımın atılmasında Əli Kərimlinin rolunun olduğu danılmazdır".
Digər Xəbərlər
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03