Erməni sevgisi, yoxsa yeni tələ
07:46 28-04-2015
CƏMİYYƏT
Erməni sevgisi, yoxsa yeni tələ
Türkiyə və Azərbaycan arasında gərginlik yaratmaq üçün erməni lobbisi hərəkətə keçdi
Ötən gün erməni "soyqırım"ının yüz illiyi tamam oldu. Amma ermənilərin gözləntisi özünü doğrultmadı. Belə ki, hələ bir neçə ay öncə rəsmi Yerevan bəyan edirdi ki, "soyqırım" aksiyasında onlarla dövlət başçısı iştirak edəcək. Aprelin 24-ü isə məlum oldu ki, yalnız dörd ölkə başçısı Yerevana gəlib. Amma otuzdan çox dövlət başçısı Çanaqqala yürüşündə iştirak etmək üçün Türkiyəyə gəlib.
Bununlada erməni "soyqırım"ı Çanaqqala yürüşünün kölgəsində qaldı. Amma diqqəti cəlb edən başqa məqam erməni "spyqırım"ından öncə və sonrakı günlərdə baş verənlər oldu. Belə ki, erməni təbliğat maşını bütün gücünü səfərbər edərək Azərbaycan və Tüqrkiyə arasında gözlənilməz gərginlik yaratmağa, azərbaycanlıların güya ermənilərə qarşı loyal olmaları ilə bağlı fikir formalaşdırmağa çalışdılar. Hələ aksiyadan öncə bir azərbaycanlı aktrisanı "soyqırım"la bağlı reklam çarxına çəkdilər və bunun üzərində təbliğat şousu yaratdılar. Amma məsələ bununla tamamlanmadı. Belə ki, məşhur azərbaycanlı KVN-çi (Şən və Hazırcavablar Klubu), əfsanəvi "Parni iz Baku" KVN komandasının üzvü Cavid İmamverdiyev azərbaycanlıları ermənilərin qarşısında tövbə etməyə çağırıb.Aprelin 24-də qondarma "erməni soyqırımı" günü rusiyalı teleaparıcı Tina Kandelaki Facebook-dakı rəsmi səhifəsində status yazıb. O bildirib ki, yarısı ermənidir və 24 apreli "Bütün ermənilər üçün kədər günü" adlandırıb.
"Mən yarıyadək erməniyəm. Biz günahsız öldürülənlər, erməni olduğu üçün öldürülənlərə görə dua edirik. Erməni xalqının gücü və ruhu ondadır ki, oğul və qızları harada yaşamaqlarından asılı olmayaraq, bu gün hər bir şəxs görünməz iplə bir-birinə bağlıdır və bu, bütün dünyaya göstərir ki, erməni xalqını sındırmaq olmaz", - deyə, Kandelaki bildirib.
Bu status teleaparıcının azərbaycanlı fanatları arasında kəskin narazılıq doğurub və onlar öz cavablarında Xocalıda baş vermiş real soyqırımı göstəriblər.
Lakin azərbaycanlılar arasında Kandelakini dəstəkləyərək, həmvətənlərini ermənilər qarşısında tövbə etməyə çağıran şəxs də tapıldı. Bu, "Parni iz Baku" KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevdir.
"Təsadüfən bu müzakirələrlə qarşılaşdım və ermənilərin azərbaycanlıları, azərbaycanlıların isə erməniləri necə həvəslə təhqir etməsindən dəhşətə gəldim, - deyə, İmamverdiyev yazır. – Uşaqlar, bəlkə daha bəsdir? Bəli, etiraf etmək lazımdır ki, Türkiyədə soyqırım olub, Xocalı və Sumqayıt və tariximizin digər dəhşətli məqamları olub. Bütün bunları etiraf etmək, başsağlığı vermək və tövbə etmək lazımdır. Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. Ermənistan və Azərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında", - deyə, İmamverdiyev yazır. Əslində Cavid İmamverdiyevin verdiyi bu açıqlama təsadüf deyil və əsas niyyət Türkiyə ilə Azərbaycan arasında gərginliyi artırmaqdır. Bunu da unutmayaq ki, Türkiyənin özündə də erməni lobbisinin oynuna xidmət edənlər də var və onlar hesab edir ki, Azərbaycan kənara çəkilərsə Türkiyə ilə Ermənistan ortaq məxrəcə gələ bilərlər. Görünür məsələnin ciddiliyini nəzərə alan Şeyx həzrətləri maraqlı açıqlama ilə çıxış edib." Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var".Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər: "Qondarma bir "soyqırım"ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır". Bunu da sonda nəzərinizə çatdıraq ki, erməni lobbisi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaq üçün öncələr də belə cəhdlər etmişdi və bir neçə il öncə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söhbətlər yayılanda həqiqətən də bir neçə günlük gərginlik müşahidə olundu. Amma aydın oldu ki, Türkiyə vətəndaşları sərhədlərin açılmasına yaxşı baxmırlar və bununla bağlı kütləvi etiraz aksiyaları keçirildi və məsələ gündəmdən çıxdı.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03