"Bəşər tarixi Papa Fransiskin bəyanatı qədər ziddiyyətli, araqarışdıran bəyanat eşitməyib"
07:49 28-04-2015
CƏMİYYƏT
"Bəşər tarixi Papa Fransiskin bəyanatı qədər ziddiyyətli, araqarışdıran bəyanat eşitməyib"
Avropada "erməni soyqırımı" mövzusu ən dəbdə olan korrupsiya mənbəyidir. Bəziləri üçün bu, siyasi korrupsiya mənbəyidirsə, bir qrup jurnalist və siyasətçi üçün əməlli-başlı gəlir mənbəyidir.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz direktoru qeyd edib ki, 1987-ci ildə Qorbaçovun "perestroykasından" sonra SSRİ-nin dağılacağına inamı artan Qərb avroparlamentdə "erməni soyqırımı"nın tanınmasına razılıq verdi: "Bu, SSRİ-nin dağılmasında ermənilərin iştirakı üçün avans idi. Avroparlament bu korrupsiya mexanizmini tətbiq etməkdə uduzmadı, məqsədinə nail oldu. Ermənilər SSRİ-nin dağılmasında aktiv iştirak etdilər. Bu gün dünya mətbuatında "erməni soyqırımı" mövzusu yalnız pornoaktrisa Kim Kardaşyanın Yerevana səfəri mövzusundan geri qalır. ABŞ Dövlət Departamentində son bir həftə ərzində keçirilən bütün mətbuat konfranslarında jurnalistlər inadkarlıqla "erməni soyqırımı" mövzusunda suallar yağdırırlar. Doğrudanmı dünyada başqa mövzu yoxdur? Əlbəttə, var. Ermənilərin özlərinin dediyi rəqəmləri əsas götürüb hesablayıb indiki zamanla müqayisə etsək, paradoksal nəticə alınır: 1915-1923-cü illər arası 9 illik "soyqırımda" 1,5 milyon erməni öldürülüb. 1 günə təxminən 457 nəfər düşür. Lampeduzada 2 gündə 1200 liviyalı dənizdə öldü. Liviyalıların rahat həyat tərzini dağıdan da Qərb idi. Bu ölən liviyalıların ailə üzvləri, nəsil tarixi yoxdurmu? Terrorçuların da öldürdüklərini hesablasaq, "ağıllı", "bacarıqlı", "humanist" Avropa parlamentarilərin gözü qabağında hər gün mindən çox adam ölür".
M.Əhmədoğlu bildirib ki, erməni lobbisindən maliyyələşən jurnalistlər aldıqları pulun əvəzini ödəməlidirlər: "Bütün dünyadakı erməni strukturları ən azı əlləri çatan bütün qəzetlərdə "erməni soyqırımı" haqqında məqalə dərc etdirmək üçün vəsait ayırıblar. Ermənistan dövlətinin borcu ÜDM-in 52%-i hüdudlarındadır. Bu, rəsmi rəqəmdir. Real rəqəmlər isə tamam fərqlidir. "Erməni soyqırımı"nın 100-cü ilində dünyada yaranan ajiotajın 3 səbəbinin yalnız biri Ermənistan rəhbərliyidir. Siyasi təşkilati işlərlə məşğuldur. İkinci mənbə erməni diasporudur. Maliyyə və informasiya dəstəyinin təşkili ilə məşğuldur. Üçüncü mənbə Roma Papası Fransiskin bəyanatıdır. Bəşər tarixi Roma Papası Fransiskin bəyanatı qədər ziddiyyətli, araqarışdıran, böyük konfliktogen potensiala malik bəyanat eşitməyib. Bu və ya digər məsələlər ətrafında fikirlərimizi təqdim etməyə imkanımız olacaq. Amma indi əsas məqsədimiz Avropa parlamentarilərinin "zaman maşınını" təhlil etməkdir. Avropalı deputatların, siyasətçilərin və jurnalistlərin böyük əksəriyyətinin qəribə "zaman maşını" var. Eyni vaxtda həm müasir qloballaşma dövründə, həm də Yura və ya Daş dövründə ola bilirlər".
Politoloq hesab edir ki, Birinci dünya müharibəsi dövründə Çar Rusiyası ilə Osmanlı imperiyasının tərkibindəki ermənilərin əməkdaşlığının olub-olmaması avropalı deputatları maraqlandırmır: "Çünki bu onları qonorardan məhrum edəcək. Avropa parlamentarilərinin içərisində ateist və ya sekulyar əqidə daşıyıcıları var. Allahın mövcudluğunu müzakirə etməyə hazır olan avropalı siyasətçilər "erməni soyqımı"nın mövcudluğunu müzakirəsinin qəti şəkildə əleyhinədir. Çünki bu da onları qonorardan məhrum edəcək. Avropalılar Ermənistanı Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramına qoşmaq istəyirlər. Ermənistanın Avropaya inteqrasiyası Gürcüstan vasitəsilə mümkün deyil. Ermənistan Gürcüstan vasitəsilə Aİ-yə inteqrasiya etmək istəsə, Rusiya təzyiqini bir az da artıracaq. Beləliklə, Gürcüstanın təkcə Ermənistanla əlaqəli deyil, bütövlükdə regionun Avropaya qapı olması funksiyası xeyli məhdudlaşacaq. Digər tərəfdən, Gürcüstan ictimaiyyəti Ermənistanı və erməniləri Rusiyanın passiyası kimi qəbul edir. Ermənistanın istənilən formada Gürcüstana yaxınlaşması bütün hallarda Rusiyanın Gürcüstanın daxilində mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Ermənistanın Qərbə inteqrasiyası yalnız Türkiyə vasitəsilə mümkündür. Türkiyədə bunu başa düşürlər. Ona görə bu kontekstdən də bəzi məsələləri də Qərbin təzyiqi ilə ermənilərə güzəştə gedir. Avropa siyasətçiləri başa düşür ki, Ermənistanın Avropaya inteqrasiyası üçün Türkiyə alternativsizdir".
M.Əhmədoğlu bildirib ki, amma eyni zamanda atdığı addımları ilə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasını mümkünsüz ediblər: "İndi Türkiyə tamamilə müstəqil siyasət aparan dövlətdir. Əgər bu vaxtadək Qərbin təzyiqləri Türkiyəni Ermənistana tərəf əyilməyə vadar edə bilməyibsə, deməli, bundan sonra da Avropa siyasətçilərinin Türkiyəyə təzyiqi zərrə qədər təsir etməyəcək. Avropa parlamentarilərinin savadsızlığı bu həddədir ki, bu həqiqəti dərk edə bilmir. Və ya qərəz imkan vermir. Saxta "erməni soyqırımı"nı dəstəkləməklə, ermənilərin Türkiyəyə əsassız iddialarını müdafiə etməklə onlar Türkiyəni təkcə Ermənistandan deyil, həm də özlərindən uzaqlaşdırırlar. "Erməni soyqırımı" fonunda Avropa Parlamentinin Türkiyəyə təzyiqləri yaxın 10 ildə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması ehtimalını sıfıra endirir. Əgər Avropa parlamentariləri, siyasətçiləri, mətbu orqanları Türkiyənin qabağında diz çöküb üzr istəsələr, bu halda 10 il gözləməyə ehtiyac qalmayacaq".
Mərkəz direktoru qeyd edib ki, Birinci dünya müharibəsi zamanı ermənilər iri dövlətlərin, əsasən Rusiyanın əlində Osmanlı imperiyasına qarşı alət idilər. "Erməni soyqırımı" mövzusunun fundamentində bu dayanır. İndi Qərb Türkiyəyə qarşı siyasətində ermənilərdən alət kimi istifadə edir. Geosiyasi oyunlarda alətin taleyi bəllidir. Avropa erməniləri alət olmaqdan çəkindirməlidir. Bunun da yolu Ermənistanın və erməni diasporunun Türkiyədən üzr istəməsindən keçir. Bu da Türkiyə-Ermənistan münasibətlərinin normallaşması vaxtını daha da qısalda bilər. Bugünkü sivil dünyanın əsas problemi Avropanın indiki siyasətçiləridir".
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24