"Azərbaycan "böyük qardaş" axtarmır"
11:03 30-04-2015
CƏMİYYƏT
"Azərbaycan "böyük qardaş" axtarmır"
"Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində ölkəmizə qarşı bu cür kampaniyanın aparılacağı gözlənilən idi".
Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.
S.Novruzov bildirib ki, məlumatda adları çəkilən təşkilatlar daim Azərbaycana qarşı belə kampaniyalar aparıblar: "İstər "Freedom House", istərsə də digər təşkilatlar həmişə antiazərbaycan mövqeyində olublar və bütün bəyanatlarında, bütün rəylərində əsaslanmamış faktlar əsasında erməni lobbisinin, ermənipərəst qüvvələrin mövqeyindən çıxış edərək belə rəylər, fikirlər formalaşdırıblar".
S.Novruzov vurğulayıb ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində də bunların sakit duracaqları gözlənilməməlidir: "Bunlar bu məsələlərdə sakit durmayacaqlar. Çünki bu təşkilatların əksəriyyətinin maliyyə dəstəyi məhz erməni lobbisi tərəfindən təmin edilir".
YAP rəsmisi əlavə edib ki, Azərbaycanın artan nüfuzu, iqtisadi inkişafı, ölkədə olan ictimai-siyasi sabitlik və digər məsələlər, o cümlədən Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi, təbii ki, bizi istəməyən qüvvələri narahat edir:
"Azərbaycan bu gün dünyada və Avropada kifayət qədər möhkəm mövqeyə malikdir, Avropanın enerji təhlükəsizliyində iştirak edir, Avropa İttifaqı ilə böyük layihələr həyata keçirir. Bunlar da hesab edirlər ki, bu məsələlər bəzi dövlətlərlə razılaşdırılmalıdır. Biz özümüzə "böyük qardaş" axtarmalıyıq və bunların hamısını "böyük qardaş"ın vasitəsilə həyata keçirməliyik. Amma Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, hər bir dövlətlə, hər bir təşkilatla bərabər şəkildə münasibət saxlanılmalıdır".
S.Novruzov bildirib ki, bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müstəqil xarici siyasətidir, bu gün də bu siyasət çox uğurla davam etdirilir. O qeyd edib ki, bu da bəzi dövlətlərin xoşuna gəlmir.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15