Qriqori Karasin: "ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək cəhdləri danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər"
11:09 30-04-2015
CƏMİYYƏT
Qriqori Karasin: "ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək cəhdləri danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər"
"Azərbaycan beynəlxalq anti-Rusiya kampaniyasına qoşulmadı. Biz bunu qiymətləndiririk"
Rusiya xarici işlər nazirinin müavini, XİN-in stats-katibi Qriqori Karasin Rusiya və Azərbaycan arasındakı münasibətləri şərh edərək deyib ki, Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır:" Bizim münasibətlərin əsasında bərabərhüquqlu prinsiplər və mehriban qonşuluq, çoxəsrlik dostluq ənənələri və qarşılıqlı hörmət dayanır. Ölkələrimiz arasındakı qarşılıqlı fəaliyyətin inkişafı Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin möhkəmlənməsinə kömək edir.
İntensiv siyasi dialoq bizim çoxşaxəli əlaqələrimizə güclü təkan verir. Dövlət başçılarımız Vladimir Putin və İlham Əliyev arasında açıq və etibarlı münasibətlər formalaşıb. 2014-cü ildə prezidentlər üç dəfə görüşüblər. Prezident İlham Əliyev cənablarını mayın 9-da gözləyirik. O, bizim prezidentin Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirakla bağlı dəvətini məmnuniyyətlə qəbul edib.
Parlamentlər xətti ilə, baş nazirin müavinləri və əsas dövlət orqanlarının rəhbərləri səviyyəsində çoxsaylı əlaqələr dəstəklənir. Hal-hazırda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfərinə hazırlıq gedir. Azərbaycan tərəfindən Rusiyanın regionlarına maraq artır. 2014-cü ildə Rusiyanın 22 subyektindən nümayəndə heyəti Azərbaycana səfər edib.
Rusiya Azərbaycanın aparıcı xarici iqtisadi tərəfdaşı kimi mövqelərini möhkəmləndirib. Keçən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 4,008 milyard ABŞ dollarına çatıb. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya öz işini xeyli aktivləşdirib. 2020-ci ilə qədər olan dövrə aid iqtisadi əməkdaşlıq proqramının hazırlanması son mərhələyə qədəm qoyur. İnvestisiya sahəsində əməkdaşlığın fəallaşması 2014-cü ilin sentyabrın 29-da Həştərxanda imzalanmış kapital qoyuluşunun qarşılıqlı qorunması və genişləndirilməsi haqda müqavilənin xidmətidir.
Rusiya Birbaşa İnvestisiya Fondu və Azərbaycan Respublikası Dövlət Neft Fondunun bazasında Rusiya-Azərbaycan İnvestisiya Platformasının yaradılması haqda Memorandum layihəsi üzərində iş əhəmiyyətli dərəcədə irəliləyib. Enerji sahəsində qarşılıqlı fəaliyyətin koordinasiya edilməsi üzrə yüksək səviyyədə işçi qrupun formalaşdırılması prosesi gedir. İkitərəfli iş və regionlararası əlaqələrin möhkəmlənməsində mühüm rolu Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan Sərgi-Ticarət Mərkəzi oynayacaq, belə bir mərkəzin yaradılması haqqında 2014-cü ilin sentyabrında Bakıda razılıq əldə olunub. Qarşılıqlı ticarət axınının genişləndirilməsi Rusiya-Azərbaycan sərhədində nəqliyyat infrastrukturunun inkişafına da kömək edir. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi gündəmdə olan məsələdir.
Azərbaycanda rus dilinin dövlət səviyyəsində dəstəklənməsinə və xalqlarımızın ümumi mədəni köklərinə əsaslanan humanitar əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Bu sahədə əlaqələrimizin inkişafında illik Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri var. Elm və mədəniyyət xadimlərimizin Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında 2011-ci ildən fəaliyyət göstərən bu qarşılıqlı fəaliyyət formatı dövrümüzün aktual problemlərinin müzakirə olunduğu məşhur foruma çevrilib.
Bu il Bakı qitənin tarixində ilk dəfə Avropa Oyunlarını qəbul edir. Bilirik ki, Azərbaycan bu əlamətdar tədbirin keçirilməsinə ciddi hazırlaşır. Moskvada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə "Bakı-2015" Avropa Oyunlarının təqdimatı böyük təəssürat oyatdı. Məlum olduğu kimi, Bakıda keçiriləcək Avropa Oyunlarında tərkibində 300-ə yaxın idmançının təmsil olunduğu Rusiya komandası da iştirak edəcək. Azərbaycan dostlarımıza oyunların keçirilməsində uğurlar arzu edirik".
Deputatdan ABŞ Dövlət Departamentinə ETİRAZ
ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı hücumlar əsassız və yolverilməzdir.
Bunu Milli Məclisin üzvü Fuad Muradov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən bildirib:
"Təəssüf ki, biz ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı spesifik münasibətini çoxdan hiss edirik və onun ofisi tərəfindən aparılan antiazərbaycan kampaniyası da bunu bir daha təsdiqləyir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın getdikcə daha güclü və müstəqil olması bəzi dairələrdə qısqanclığa səbəb olur: "Biz bunu ABŞ Dövlət Departamenti ilə əlaqəsi olan bir sıra beynəlxalq QHT-lərin bəyanatlarında da görürük".
F.Muradov vurğulayıb ki, bu təşkilatlar özlərinin hesabatlarında Azərbaycanı tənqidə məruz qoyur, amma nədənsə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınmış 1 milyon qaçqını, hazırda ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevi unudurlar.
"Bütün bu məqamlar beynəlxalq təşkilatların hesabatlarında əks olunmur, biz ancaq Azərbaycanın ünvanına qeyri-sağlam tənqidlər, ittihamlar eşidirik. Düşünürəm ki, bu, məqsədyönlü kampaniyadır", – deyə F.Muradov vurğulayıb.
Onun sözlərinə görə, yuxarıda sadalananlardan belə qənaətə gəlmək olar ki, bütün addımlar Azərbaycanın müstəqil siyasət yeritməsinin qarşısını almağa, ölkəmizi bir sıra dövlətlərin forpostuna çevirməyə yönəlib.
"Bu, heç vaxt baş verməyəcək. Bu gün dövlət başçısı müstəqil siyasət yeridir və ölkə öz yolundan imtina etmək niyyətində deyil. Yuxarıda qeyd olunan yanaşma növü isə Azərbaycan-Amerika münasibətlərinə zərbə vurur. Və mən çox ümid edirəm ki, Obama administrasiyası buna ciddi yanaşacaq, ABŞ-ın Azərbaycandakı səfiri isə məsələyə öz qiymətini verəcək", - deyə deputat əlavə edib.
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43