Qarabağ münaqişəsi ilə bağlı yeni dönəm başlayır
13:13 01-05-2015
CƏMİYYƏT
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu Parisdə Ermənistan XİN başçısı Edvard Nalbandyanla məhsuldar görüş keçirib. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Twitter" hesabında bu barədə yazıb. O, Ermənistanın Dağlıq Qarabağda sülhə hazır olduğunu yazıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucovun sözlərinə görə, indiki situasiyada danışıqlarda hansısa dönüş gözləmək sədəlövhlükdən başqa bir şey deyil: "Xüsusən də Rusiyanın patronajlığı ilə keçirilən danışıqlar prosesində hansısa uğurun əldə olunmasından ümumiyyətlə söhbət gedə bilməz. Çünki ötən illər ərzində sözügedən ölkə heç vaxt bunda maraqlı olmayıb.Hamımıza aydın olan həqiqət ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində yox, dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunsa, bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları ümumiyyətlə əldən çıxır. Çünki Rusiya postsovet məkanı ölkələri üçün cəlbedici deyil. O mənada ki, bu ölkənin texnoloji imkanları Qərblə müqayisədə qat-qat aşağıdır. Başqa bir tərəfdən, Rusiya qonşu dövlətlərin iqtisadiyyatına sərmayə yatırmaq və nəticədə bölgənin inkişafına nail olmaq qüdrətində deyil. Yeganə təsir rıçaqı süni olaraq separatçı bölgələr yaratmaq və prosesləri öz maraqları çərçivəsində idarə etməkdir. Dağlıq Qarabağ probleminin həll olunmamış qalmasının kökündə məhz bu amil dayanır. Bax məsələ hələlik bu vəziyyətdədir. Ona görə də sadəlövhlüyə qapılmaq lazım deyil".
Ə.Orucov onu da nəzərə çatdırıb ki, Ermənistan o zaman danışıqlarda kompromis variant tutacaq ki, bu ölkəyə qarşı davamlı təzyiqlər həyata keçirilsin, işğalçı öz adı ilə çağrılsın. "Əksinə olaraq Ermənisatan Avropadan da, ABŞ və Rusiyadan da güclü dəstək göz önündədir. "Soyqırım"ın Avropa Parlamenti, Vatikan Almaniya, fransa və Rusiya tərəfindən tanınması işğalçı dövlətə daha artıq iştah verib. Onlar nənki sülhə hazır deyil, əksinə yeni-yeni ərazi iddialarını açıq bəyan edəcək. Bir sözlə son "soyqırım" iddialarına münsibətlə Qərb və ABŞ regionda gərginlik ocağının miqyasını genişləndirdilər və dərinləşdirdilər", - deyə politioloq əlavə edib.
"Unikal"ın məlumatına görə, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov hesab edir ki, Uorlik Ermənistanı sülhə razılaşdırmaq üçün bu cür açıqlama verir: "Prezidentlərin son görüşündə Azərbaycan tərəfi böyük sülh sazişinə hazır olduğunu bəyan etmişdi. Bu təklif Ermənistanı çıxılmaz vəziyyətdə qoydu. Uorlik indi bu cür açıqlamaları ilə erməniləri sülhə təşviq edir, razı salmaq istəyir. Ermənistanda aqressiv ritorika artmaqdadır, xüsusilə də, müdafiə xarakterli aqressiv ritorika. Uorlik erməniləri yumuşaltmağa çalışır. Böyük sülh sazişinə öncə hümanitar yardım məsələsi daxildir".Ə.Həsənova görə, ermənilər faktiki olaraq Qarabağa nəzarət edirlər və torpaqlardan, oradakı sərvətlərdən istədikləri kimi yararlanırlar: "Ermənistan tələsmir. Düşünürlər ki, tələssələr, uduzacaqlar. Münbit şərait gözləyirlər.Torpaqları baha qiymətə Azərbaycana satmaq istəyirlər. Şərtlərini Azərbaycana qəbul etdirmək istəyirlər. Bəlli olur ki, Azərbaycan onların heç bir şərtini qəbul etmir. Azərbaycanın da səbri var, gözləyir. Azərbaycan eyni zamanda Ermənistana təzyiqləri artırır və bu ermənilərə çox pis təsir edir. İqtisadi durumları pisləşir. Amma heç bir kənar dövlət Ermənistana təzyiq etmir ki, torpaqları qaytarsın. Azərbaycanın ən böyük uğurlarından biri də odur ki, işğal altındakı torpaqlara hüquqi sahibliyini əldən verməyib. Gördüyünüz kimi, Ermənistan Dağlıq Qarabağın statusunu müəyyən etməyib. İstəsəydi bu günə qədər edərdi, Azərbaycanla bütün münasibətləri kəsərdi. Azərbaycan da buna imkan verməzdi. Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması ona daha ağır başa gələrdi. Azərbaycan hələ ki, Ermənistana qarşı bütün təzyiq vasitələrini işə salmayıb. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Azərbaycan-Gürcüstan-Türkiyə koalisiyasından kənarda qalan Ermənistanın güvəndiyi güclərin durumu da hazırda yaxşı deyil". Ə.Həsənov qeyd etdi ki, hazırda Ermənistan sülhə təhrik edilir: "Vaxtilə, Azərbaycanı qınayırdılar ki, nə üçün Ermənistana iqtisadi təzyiqlər edir. Amma Azərbaycan bu niyyətindən geri dönmədi. Üstəlik, Azərbaycan hərbi baxımdan öz gücünü daha da artırdı və cəbhəyə nəzarəti təmin edə bilir. Bu mənada Ermənistan üçün çox çətindir. Azərbaycanın Ermənistana təzyiqləri nəticə verir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43