Milli Şurada yenidən ara qarışır
13:14 01-05-2015
CƏMİYYƏT
Milli Şurada yenidən ara qarışır
Milli Şuranın başı üzərində yenidən qara buludlar toplaşmağa başlayıb. "Unikal" olaraq, bu barədə dəfələrlə araşdırmalar aparmışıq və qurum daxilindəki intriqaları üzə çıxarmışıq.
Bu dəfə isə Milli Şurada növbəti qarşıdurma yaşandı, amma məsələnin daha çox böyüməməsi üçün qurum rəhbərliyi daxili müxalifləri kənarlaşdırıblar. Onlardan biri də AXCP sədrinin keçmiş müavini Razi Nurullayevdir. AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev Milli Şuradan çıxarılmasına münasibət bildirərkən "Unikal"a deyib ki, bu düşərgə demokratik prinsiplərdən çox-çox uzaq düşüb. Onun sözlərinə görə, burada sıravi üzvlərin deyil, rəhbərliyin suçu böyükdür. R.Nurullayev Milli Şuranın sessiyasında şəxsən iştirak edib, onun qurumdan çıxarılması ilə bağlı qərarın müzakirə olunmasını istəyir: "Milli Şuradan çıxmağıma heyfislənmirəm. Yanlış məlumat yaydıqlarına, işlərini-güclərini xırda ədavət, dedi-qodu və şər-böhtana sərf etdiklərinə acıyıram. Xalq müxaifətdən ümid və çıraq gözləyir. Bunların işi xırdaçılıqdır. Buna əhəmiyyət vermirəm. Yolunuz açıq olsun. Şükür Allaha, alnımız açıq, yolumuz bəlli. Azərbaycanda yeni nəsil siyasətçilər yetişəcək və onlar cəmiyyətə təqdim olunacaq.Fərqli bir müxalifət, fərqli bir baxış və fərqli bir Azərbaycan yarada biləcəyik. Kaş ki, elə o fərqli Azərbaycanı siz yarada biləydiniz. Amma, 30 ilə yaxındır eyni simalar və eyni çıxışlar. Daha bəsdir. Özümə söz vermişəm ki, heç kimi tənqid edən deyiləm və buna zamanım da yoxdur. Bəsdirin müxalifətlə didişdiniz, bir gün də heç olmazsa, YAP-la savaşın".
R.Nurulayev onu da bildirib ki, hazırda gündəliyində nə Milli Şura var, nə də başqa kəslər. "Əgər doğru-dürüst müxalifətçilik edəcəksinizsə buyurun, yox əgər yenə də özünüzü müxalifətdə saxlamaq üçün mübarizə edəcəksinizsə, o zaman bunun axırı yoxdur. Çünki, yeni insanlar, yeni siyasi simalar astanadadır. Onların gördüyü işlər və xalqla təması, zatən hər yeri aydınladacaq. Qaranlıq yer qalmayacaq və heç kəsin də nə müxalifət adı altında, nə də lider adı altında gizlənmək imkanı olmayacaq. Mənim mübarizəm iqtidarladır. İqtidar Azərbaycanı özününküləşdirib. Bu praktikanı sonlandırmaq və hakimiyyəti xalqa kağız üzərində yox, əməldə qaytarmaq lazımdır. Elə bir Azərbaycan ki, orada demokratiyanın imitasiyasına yol verilməsin.Biz bunu bacarmaq əzmindəyik, bacaracağıq", -deyə fikrini tamamlayıb.
Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq müavini Razi Nurullayevin Milli Şuradan kənarlaşdırılmasına münasibət bildirib. Onun sözlərinə görə, Razi Nurullayev Milli Şuranın sessiyalarına 3 dəfə qatılmadığına görə, Nizamnaməyə uyğun olaraq qurumdan çıxarılıb: "Həm də AXCP-dən çıxarılandan sonra Razi Nurullayevin açıqlamaları ziyanlı, qeyri-səmimi və qeyri-demokratik oldu. Bütün bunlar nəzərə alınaraq, yekdilliklə onun qurumdan çıxarılması haqqında qərar qəbul edildi". O bildirib ki, R.Nurullayevin qurumdan kənarlaşdırılmasında onun "bir ayağı iqtidarda, bir ayağı müxalifətdə olması" ilə izah edib.
Xatırladaq ki, Milli Şuranın sessiyasında R. Nurullayevlə yanaşı, qurumda fəaliyyətini dayandıran KXCP sədri Mirmahmud Mirəlioğlu və partiyanın bəzi üzvləri qurumdan çıxarılıblar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43